Sumqayıtda müəllimin şagirdləri qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.TehsilMedia.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülər geniş müzakirələrə səbəb olub.
Hadisənin “Xəmsə” Tədris Mərkəzində baş verdiyi bildirilir.
Məsələ ilə bağlı adıçəkilən mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, videodakı müəllim Elşad Qurbanov artıq orada çalışmır:
“Elşad Qurbanov pandemiya dövründə bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyirdi. Hadisə də o vaxt olub, amma görüntülər indi yayılıb. Müəllimin dərsləri artıq bitib və bizim müəssisədə çalışmır. Bu videogörüntüləri gördükdən sonra onunla danışdıq və artıq sentyabr ayında ona yenidən otaq verə bilməyəcəyimizi də bildirdik”.
Həmin görüntünü təqdim edirik: