“Azərbaycanın Qarabağda anti-terror əməliyyatını “etnik təmizləmə” kimi qiymətləndirməyə çalışan ermənipərəst mərkəzlər yenə iş başındadırlar”.
Bu fikirləri “
TehsilMedia.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, yaxın tarixdə ən böyük etnik təmizləmə 1995-ci ildə Xorvatiyada həyata keçirilib: “Xoravtiya 250 minə yaxın serbin yaşadığı bölgəni yerlilərdən təmizləyib və Qərb dövlətləri buna etiraz etməyiblər. Bunun iki səbəbi var idi. Birincisi, keçmiş Yuqoslaviya 1990-cı illərdə dağıldıqdan sonra Serbiyadan fərqli olaraq Xorvatiya Qərblə yaxınlıq etmək istəyirdi. İkinci səbəb isə Xorvatiya serblərin Bosniyada olduğu kimi burada da separatçılığa başlayacağını proznozlaşdırır və buna yol vermək istəmirdi. Qərb mətbuatı Xorvatiya ordusunun əməliyyatını “ərazilər serb separatçılarından təmizləndi” başlığı ilə yayırdı. Xorvatiya rəhbərliyini anlamaq olardı, qonşusu Serbiya Ermənistan kimi serbləri silahlandırmağa və separatizmə başlamağa həvəsləndirirdi. Ona görə də Xorvatiya separatizmi beşiyində boğdu. Xorvatiyaya olarsa, bizə niyə olmaz? Biz də bölgəni separatçılardan təmizləyirik”, - deyə politoloq fikirlərini tamamlayıb.