Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

BDU Elmi Şurasının Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib - FOTO

Ali təhsil

12-05-2023, 21:45

BDU Elmi Şurasının Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib - FOTO

 

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş genişləndirilmiş xüsusi iclası keçirilib.

BDU-dan "tehsil.media”a bildirilib ki, Elmi Şura üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, qədirbilən xalqımız onu ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzmi və iradəsi, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə və tərəqqiyə qovuşdurmuş Ulu Öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi, böyük sevgi və ehtiramla yad edir. Xalqımızın və dövlətimizin ötən əsrin 70-ci illərindən başlayaraq əldə etdiyi bütün uğurların təməlində fenomenal şəxsiyyət olan Heydər Əliyevin dövlət siyasəti, nurlu əməlləri və parlaq siması dayanır. Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr edib, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı şərəflə və uğurla, mərdlik və müdrikliklə yerinə yetirib.  1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ-nin ilk və yeganə müsəlman əsilli rəhbərlərindən biri olub. Ulu Öndər bu illər ərzində də tutduğu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldib.

Rektor qeyd edib ki, ölkəmiz üçün olduqca çətin və mürəkkəb, xalqımız üçün ağrılı olan 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıb. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksək mərhələyə qədəm qoydu. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndərin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 illik işğal bitdi, ən azı iki yüz illik problem tarixin arxivinə çökmüş oldu.

Elçin Babayev Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, "xalqımızın və dövlətimizin milli sərvəti və milli iftixarı” adlandırdığı BDU-nun kollektivinin Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad etdiyini bildirib: "Fəxr edirik ki, 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmiş və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah dövrünə qədəm qoymuş BDU-nun inkişafının son 20 ildəki yeni mərhələsi dahi şəxsiyyətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, bilikli insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri uğurla həyata keçirir”.

Daha sonra BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasındakı xilaskarlıq missiyasını nəzərə çatdırıblar. Çıxışlarda dahi liderin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.

İclasın sonunda BDU əməkdaşları və tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə və esse müsabiqələrinin nəticələri açıqlanıb.

​​​​​​

Oxunub: 265
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

26-04-2023, 16:07

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilir - FOTO

Elm və təhsil

6-05-2023, 20:50

“Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Elm və təhsil

21-04-2023, 19:01

DSX-nin Akademiyasında Ulu Öndərə həsr olunmuş elmi-praktiki seminar keçirilib

Ali təhsil

5-05-2023, 22:26

UNEC-də Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Elm və təhsil

28-04-2023, 21:34

"Zərifə xanım Əliyeva Azərbaycanın tibb elmində parlaq səhifələr açıb"

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Bugün, 12:34
“Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
Bugün, 12:33
Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
Bugün, 12:32
Aşan avtomobildə ölən şəxs müəllimi imiş
Bugün, 12:31
Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
Bugün, 12:30
Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
Bugün, 12:30
Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • Bugün, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • Bugün, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • Bugün, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • Bugün, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • Bugün, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • Dün, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • Dün, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • Dün, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • Dün, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə