Demək olar ki, hamının evində wifi aparatı var. Şüasının ziyanı barədə yəqin ki, heç biriniz düşünmürsünüz. Wifi şüası uşaqlar üçün daha təhlükəlidir.
tehsil.media xəbər verir ki, nevroloq
Könül İsmayılova bildirib ki, Davamlı olaraq elektromaqnit dalğası olarsa, yuxu pozğunluğu, əsəbilik kimi problemlərin yaranmasına gətirib çıxarır. Bu faktı dünya alimləri sübut edib. Professor
Adil Qeybulla qeyd edir ki, wifinin intensiv istifadəsi həm böyüklərə, həm uşaqlara müəyyən təsirlər göstərə bilər.
Mütəxəssislər deyir ki, wifi modemindənsə, telefonların şüaları daha ziyanvericidir. Yüksək tezlikli şüalar hüceyrələrə mənfi təsir göstərir. Ən təhlükəli şüalar ionlaşdırıcı şüalardır.
Mobil telefon və modem şüalarını müqayisə etsək, telefon şüasının zərəri 2 qat çoxdur.
İnternet dövrünü sözügedən qurğularsız təsəvvür etmək olmur. Müxtəlif ölkələrdə aparılan araşdırmalar isə fərqli fikirlər ortaya çıxarır. İT mütəxəssis
Fərid Əmirov bildirir ki, alimlər sübut edib ki, radiodalğaların tezliyinin təsiri yoxdur. Amma bunun əksi olaraq Amerikada bəzi araşdırmaçılar deyir ki, uzun müddət intensiv məşğul olduqda stres, yorğunluq yaradır.
Tövsiyə olunur ki, modem aparatlarını yataq otaqlarına qoymasınlar. Bu, yuxu rejiminə təsir göstərir. Mobil qurğulardan çox istifadə etməmək tövsiyə olunur. İstifadə etmədikdə söndürmək lazımdır.
TƏHSİL MEDİA