Payız-qış mövsümü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Bu barədə "
tehsil.media"a regional təhsil idarəsindən məlumat verilib.
Bildirilib ki, regional idarənin tabeliyində fəaliyyət göstərən 215 müəssisə qazla, 131 müəssisə odunla, 25 müəssisə dizellə, 9 müəssisə isə elektriklə qızdırılır.
Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsüm boyu davam etdirilir.