Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Müstəqil Azərbaycanı Zəfər yoluna çıxaran lider

Gündəm

13-12-2023, 14:25

Müstəqil Azərbaycanı Zəfər yoluna çıxaran lider


Əziz və unudulmaz xatirəsi həmişə bizimlə olan, daim sonsuz sevgi və ehtiramla andığımız Ümummilli liderin əbədiyyətə qovuşduğu 12 dekabr gününü 20 ildir ki, xalqımız dərin kədər və sonsuz ehtiramla qeyd edir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq əməlləri, müdrik qərarları, xalqımızın xoşbəxtliyi və dövlətimizin qüdrətlənməsi naminə apardığı titanik mübarizə çoxəsrlik tariximizə misilsiz liderlik örnəyi, vətəndaşlıq rəşadəti nümunəsi kimi əbədi həkk olunub.

tehsil.media bildirir ki, ulu öndər Heydər Əliyevin adını qə­dirbilən xalqımız haqlı olaraq müstəqil Azərbaycan dövləti ilə qoşa çəkir. Dahi rəhbərin dövlətimizin və xalqımızın tale­yindəki tarixi rolu, xilaskarlıq missiyası­nın böyüklüyü zaman keçdikcə daha ay­dın görünür, qalib və qüdrətli ölkəmiz bu mənzərənin işığında inamla və qürurla böyük gələcəyə doğru addımlayır.

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə Ümummilli liderin arzuları, ideyaları bütünlüklə ger­çəkləşdi, Ulu öndərin müqəddəs ruhu bir daha şad oldu. Məhz “Heydər Əliyev İli”n­də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximizin yeni və parlaq səhifələri yazıldı – ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olun­du, konstitusiya quruluşumuz bütün əra­zilərimizdə bərqərar edildi. Müzəffər Ali Baş Komandanın illərlə həsrətində oldu­ğumuz tarixi torpaqlarımızda – Xankən­didə, Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə Azərbaycanın Dövlət bay­rağını ucaltması “Heydər Əliyev İli”nə əlavə möhtəşəmlik gətirdi.

Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev elə bir fenomenal şəxsiyyətdir ki, zaman keçdikcə, onun zəngin irsi, icti­mai-siyasi fəaliyyəti, ən mürəkkəb, zid­diyyətli şəraitlərdə verdiyi tarixi qərarla­rının nəticələri tədqiqatçıların diqqətini dönə-dönə cəlb edir, müdrik rəhbərin mənalı həyatı və zəngin dövlətçilik fəaliy­yəti daha dərindən öyrənilir. Hər dəfə də bu zəngin irsin, xalqın və dövlətin rifahına yönəlmiş misilsiz fəaliyyətin yeni nüans­ları, məqamları ortaya çıxır.

Ümummilli lider Heydər Əliyev çıxış­larının birində demişdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, döv­lətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bu çətin, eyni zamanda, şərəfli missiya Ulu öndə­rin xüsusi xidmət orqanlarında fəaliyyətə başladığı illərdən respublikamıza rəhbər­lik etdiyi, müstəqil Azərbaycanın təməl­lərinin qurulmasına və nəhayət müstəqil dövlətimizin tərəqqisinə və inkişafına qə­dər olan böyük bir yolu əhatə edir. Azər­baycan xalqı xoşbəxtdir ki, həmin tarixi yolu millət atasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə, bu gün azad Qarabağımızda aparılan misilsiz quruculuq işlərinə qədər gətirib çıxardıb. Ulu öndər Heydər Əliye­vin müdrikliklə müəyyənləşdirdiyi, parlaq, xeyirxah əməlləri ilə aydınlaşdırdığı, işıq saldığı müqəddəs yol bu gün də davam edir.

Unudulmaz rəhbərin siyasətinin baş­lıca hədəfi Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək idi. Qalib və qüdrətli Azərbaycanın Prezi­denti İlham Əliyev bu gün həmin missiya­nı şərəflə yerinə yetirir, ölkəmizin birmə­nalı lider olduğu regionda əbədi sülhün bərpası üçün qətiyyətli səylər göstərir. Dahi rəhbərin insanpərvərlik, humanizm siyasəti uğurla davam etdirilir. Müstəqil dövlətin qurucusunun ölkəmizin və re­gionun sabitliyi naminə həyata keçirdiyi müdrik siyasətin davamlılığı təmin edilir.

Xalqımızın qüdrətli oğlu Heydər Əliyevin “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kə­lamı ilə adını, şöhrətini zirvələrə ucalt­dığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin çoxminli kollektivi, tələbələri də bu ali məktəbin dünya şöhrətli məzunu Hey­dər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində ardıcıl səylərini davam etdirir. Çoxminli kollektivimiz bütöv, qüd­rətli, qalib, Qarabağı azad etmiş, Xankən­didə Zəfər Paradı keçirmiş Azərbaycanın vətəndaşı olmağın sonsuz fərəh və qürur hissini yaşayır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi BDU kollektivinin üzərinə böyük məsuliyyət qoymuşdur. Ulu öndərin zəngin irsinin təbliğini, bu irsin gənc nəslə aşılanması­nı özünün ali məqsədi hesab edən uni­versitetimizin professor-müəllim heyəti, tələbələrimiz “Heydər Əliyev İli”ndə bu istiqamətdə səylərini daha da artırmışdır. Bu məqsədlə Bakı Dövlət Universitetinin Elmi Şurasında Tədbirlər Planı qəbul olunmuşdur. Tədbirlər Planında müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin misilsiz, çoxşaxəli fəaliyyəti ilə bağlı beynəlxalq elmi konfransların keçi­rilməsi, fundamental kitabların hazırlan­ması, xüsusi mühazirələrin və dərslərin təşkili olunması, müxtəlif müsabiqə və festivalların keçirilməsi və s. kimi mühüm tədbirlər öz əksini tapmışdır.

Universitetin və ölkəmizin nüfuzlu alimlərinin, ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan silsilə xüsusi mühazirələrdə, us­tad dərslərində, dəyirmi masalarda tələ­bə gənclərə xalqımızı ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzm və iradə ilə, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə, tərəqqiyə və dayanıqlı inkişafa qovuşdur­muş qüdrətli dövlət başçısı Heydər Əliye­vin çoxşaxəli və zəngin fəaliyyəti, onun milləti, xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumat verilir.

Xalqımızın və dövlətimizin ötən əs­rin 70-ci illərindən başlayaraq əldə etdiyi bütün uğurlarının təməlində fenomenal şəxsiyyət Heydər Əliyevin müdrik siyasə­tinin, nurlu əməlləri və parlaq simasının dayandığı əsaslandırılır. Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möh­kəmləndirilməsi, doğma xalqının xoş­bəxtliyi olan dahi rəhbər bütün mənalı ömrünü bu ali məqsədlərə nail olunma­sına həsr edib, dövlətimizin möhkəmlən­məsində, xalqımızın rifahının yüksəldil­məsində misilsiz xidmətlər göstərib.

“Heydər Əliyev İli”ndə universitetin alimlərinin Ümummilli liderin fəaliyyətinin müxtəlif sahələrini özündə əks etdirən ki­tablar yazılması xüsusilə təqdirəlayiqdir. Universitetin nüfuzlu alimlərinin ərsəyə gətirdiyi bu nəşrlər bugünkü əhəmiy­yəti ilə yanaşı, gələcək nəsillər üçün, elmi-tədiqiqatçılar üçün mənbə rolunu oynayacaq, Ulu öndərin irsinin, tarixi xid­mətlərinin gələcək əsrlərə və nəsillərə ötürülməsinə öz töhfəsini verəcəkdir.

Bakı Dövlət Universitetində ən müxtə­lif platformalarda tədbirlər, layihələr da­vamlı olaraq həyata keçirilir. Universitetin müəllimləri, tələbələrimiz ölkəmizin qüd­rətlənməsi, müdrik dövlət xadimi Heydər Əliyevin inkişaf doktrinasının həyata ke­çirilməsi istiqamətində öz missiyalarını ləyaqətlə yerinə yetirirlər. Möhtərəm Pre­zidentimiz İlham Əliyevin və Birinci vit­se-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş elmi­mizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyurlar.

Xalqına misilsiz xidmətlərinə, doğma Vətəninə sonsuz sevgisinə görədir ki, bu gün dahi şəxsiyyət Heydər Əliyev ölkəmi­zin hər bir yerində, onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı tərəfin­dən minnətdarlıqla anılır, əziz xatirəsi hə­mişə uca tutulur. Bu gün bütün uğurları­mızın və qələbələrimizin banisi, müstəqil Azərbaycanın memarı, dövlətçiliyimizin xilaskarı, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevi sevgi ilə, ehtiramla və sonsuz minnətdarlıq hissləri ilə yad edirik.

Əziz və unudulmaz Ümummilli lide­rimizə Allahdan rəhmət diləyir, banisi olduğu və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yük­sək mərhələsini yaşayan qüdrətli Azər­baycanımıza daha böyük uğurlar, qələ­bələr, zəfərlər arzulayırıq.

Əminik ki, müstəqil Azərbaycanın ba­nisi və qurucusu Heydər Əliyevin layiqli davamçısı, ölməz rəhbərin siyasi kursu­na sədaqətin rəmzinə çevrilən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurları davam edəcək, ardıcıl qələbələ­rimiz, tarixi zəfərlərimiz sarsılmaz xalq-iq­tidar biriliyinin sayəsində özünün yeni in­kişaf mərhələlərini yaşayacaqdır.

Elçin Babayev,
Bakı Dövlət Universitetinin rektoru

Oxunub: 163
Paylaş:
Digər xəbərlər

Gündəm

27-11-2023, 17:19

“Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

Gündəm

14-06-2023, 10:59

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib

Ali təhsil

12-05-2023, 21:45

BDU Elmi Şurasının Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib - FOTO

Gündəm

12-12-2023, 14:57

Yüksək Texnologiyalar Parkında Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Ali təhsil

19-05-2023, 18:13

BDU və Masallı Rayon İcra Hakimiyyəti konfrans keçirib

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Bugün, 12:34
“Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
Bugün, 12:33
Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
Bugün, 12:32
Aşan avtomobildə ölən şəxs müəllimi imiş
Bugün, 12:31
Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
Bugün, 12:30
Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
Bugün, 12:30
Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • Bugün, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • Bugün, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • Bugün, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • Bugün, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • Bugün, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • Dün, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • Dün, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • Dün, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • Dün, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə