Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyevanın “Şərq və Qərb məişətində çini qablar: oxşarlıq və fərqlilik” adlı məqaləsində XVI-XIX əsrlərdə dünyanın müxtəlif ölkələrində yaranan çini fabrikləri, onların inkişaf istiqaməti öyrənilib, Şərq və Qərb mədəniyyətində çini qabların təsnifatında mövcud fərqliliklər təhlil və tədqiq olunub.
Bu barədə "
TehsilMedia.az"a muzeydən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, muzeyin fondlarında mühafizə edilən, fərqli tərtibat və dizayn xüsusiyyətinə görə seçilən, müxtəlif dövrlərə aid məişət əşyaları tədqiqata cəlb edilib.
Məqalə ingilis dilində (Porcelaine of Eastern and Western Households: Similarities and Differences) Ulakbim, TR Dizin, ERIH PLUS, Crossref, CEEOL, Index Copernicus, SOBİAD və digər bazalarda indekslənən “Vakanüvis- Uluslararası Tarih Araştırmaları” jurnalında yer alıb.