Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

BMU-İNHA ikili diplom proqramının ilk “Məzun Günü” keçirilib

Elm və təhsil

8-07-2024, 17:06

BMU-İNHA ikili diplom proqramının ilk “Məzun Günü” keçirilib


Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk “Məzun Günü” keçirilib.

BMU-dan bildirilib ki, Elm və Təhsil Nazirliyinin rəsmiləri, Koreyanın ölkəmizdəki səfirliyi, həmçinin KOİCA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla anılması, ardınca Azərbaycan və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ikili diplom proqramından məzun olan tələbələri ürəkdən təbrik edib, onlara karyera pilləsində bol uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin davamı olaraq Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə önəmli tədbirlərin həyata keçirildiyini vurğulayan rektor müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyətinin geri qayıdaraq ölkəmizin inkişafına töhfələr verdiyini bildirib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında icra olunan BMU-İNHA İDP haqqında ətraflı məlumat verən Yaqub Piriyev proqram çərçivəsində hazırda 385 tələbənin təhsil aldığını və artıq 61 tələbənin həmin proqramdan ilk dəfə məzun olduğunu söyləyib. Proqramın Azərbaycanın təhsil sistemində yeni olmasına baxmayaraq, BMU-nun tarixinə mühüm hadisə kimi düşdüyünü söyləyən rektor ilk dəfə xarici tərəfdaş universitetlə bu həcmdə bir layihə çərçivəsində əməkdaşlıq edildiyini, bunun nəticəsində professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşdiyini deyib. Ali təhsil ocağının rəhbəri diqqətə çatdırıb ki, cari tədris ilinin əvvəlində proqram üzrə nəzərdə tutulmuş 123 nəfərlik qəbul kvotası ilk dəfə 100% dolub, bu isə proqramın yaratdığı maraq və onun əhəmiyyətini aydın ifadə edir. Koreyada təhsil alan tələbələrin yüksəkixtisaslı mühəndis kadrlar kimi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına töhfələr verəcəklərinə inandığını söyləyən Yaqub Piriyev proqramın uğurla gerçəkləşməsində əməyi keçən hər kəsə, ilk növbədə, professor-müəllim heyətinə təşəkkür edib. Rektor, eyni zamanda tələbələrin valideynlərinə minnətdarlığını çatdırıb, məzunlara isə bir daha karyeralarında uğurlar, həyatlarında cansağlığı və xoşbəxtlik arzulayıb.

Elm və Təhsil Nazirliyi adından məzunları təbrik edən nazir müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Gənclərin nüfuzlu xarici universitetlərdə təhsil almaları üçün qəbul olunan dövlət proqramlarının əhəmiyyətini, yüksəkixtisaslı kadrların yetişməsində müsbət rolunu vurğulayaraq bildirib ki, bütün təhsil səviyyələrini əhatə edən dövlət proqramları təhsillərini xaricdə davam etdirmək istəyən məzunlar üçün geniş imkanlar yaradır. Məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük kömək olacağını deyən İdris İsayev ölkəmizdə müasir bilik və bacarıqlara malik kadrların əmək fəaliyyəti üçün də əlverişli imkanların mövcud olduğunu sözlərinə əlavə edib. Bu gün məzun olan gənclərin nailiyyətlərini həm də hər iki universitetin professor-müəllim heyətinin uğurları kimi xarakterizə edən nazir müavini müəllimlərə, habelə övladlarının yetişməsində və təhsillərində böyük dəstək olan valideynlərə minnətdarlığını bildirib. Cəmiyyətimizin inkişafının savadlı gənclərdən asılı olduğunu deyən İdris İsayev məzunları öz üzərlərində daim işləməyə, bilik və bacarıqlarını artırmağa çağırıb. İNHA Universitetinin rektoru Cho Myeong Voo isə çıxışında 2020-ci ildə BMU tələbələrini İNHA-da qarşıladığı günü xatırlayıb, pandemiya dövrünün çətinliklərində təhsilinə davam edən, oxuyan tələbələrin əzminin, fədakarlığının nəticəsi olan məzun buraxılışı mərasimində xoş hisslər keçirdiyini dilə gətirib. “Məzun olmaq son deyil, yeni başlanğıcdır, yeni başlanğıclar çətin görünsə də, sonsuz imkanlar və nailiyyətlərin qazanılması üçün şansdır”-deyən rektor gəncləri hər zaman yeniliklərin arxasınca getməyə, sonsuz imkanlara inanmağa səsləyib. Məzunlara uğurlar və xoşbəxtlik arzulayan Cho Myeong Voo BMU ilə əməkdaşlıq çərçivəsində İNHA Universitetinin proqram məzunlarının 10%-nə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayıracağını, istedadlı tələbələrin inkişafları üçün köməklik göstəriləcəyini bildirib.

Koreyanın Azərbaycandakı səfirliyinin əməkdaşı xanım You Kyoung Hvang da məzunları təbrik edərək iki universitet arasındakı diplom proqramını Koreya ilə Azərbaycanın təhsil sahəsində əlaqələrinin ən bariz nümunəsi adlandırıb. Səfirlik nümayəndəsi BMU-İNHA İDP-yə bundan sonra neçə-neçə məzun buraxılışları həyata keçirən ən uğurlu təhsil əməkdaşlığı layihəsi kimi böyük ümidlər bəslənildiyini bildirib. Əlavə edib ki, proqramın məzunları Koreya ilə Azərbaycanın gələcəyə istiqamətlənmiş əlaqələrinin inkişafında böyük rol oynayacaqlar.

Oxunub: 144
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

6-07-2024, 15:32

BMU ilə Koreyanın İNHA Universiteti arasında Niyyət Məktubu imzalanıb

Ali təhsil

8-07-2023, 10:29

BMU-nun rektoru İNHA Universitetində növbəti təlimə qatılacaq heyətlə görüşüb

Ali təhsil

2-06-2023, 11:26

BMU İNHA İDP-nin I kurs tələbələri arasında “Brain ring” bilik yarışı keçirilib

Ali təhsil

6-12-2023, 12:49

BMU-da Koreya Mədəniyyəti Günü keçirilib

Ali təhsil

1-08-2023, 14:15

BMU- nun tələbələri Koreyada təşkil olunan “Yay məktəbi”ndə...

Araşdırma
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Elm və Təhsil
Dün, 14:11
Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb
Dün, 14:10
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb
Dün, 14:09
Taksi sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçiriləcək
Dün, 14:00
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
11-07-2025, 16:17
MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı
11-07-2025, 16:00
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Hadisə
Bugün, 01:10
AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
7-07-2025, 16:13
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
4-07-2025, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Son xəbərlər
  • Bugün, 01:10
    AZƏRBAYCANDA TURİZMİN UTANC YERİ: “ŞIX” SANATORİYASINDA BAŞ VERƏN BİABIRÇILIQ
  • Dün, 14:11
    Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb
  • Dün, 14:10
    Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb
  • Dün, 14:09
    Taksi sürücüləri üçün iyulun 22-də növbəti imtahan keçiriləcək
  • Dün, 14:00
    Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
  • 11-07-2025, 16:17
    MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı
  • 11-07-2025, 16:00
    Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
  • 11-07-2025, 16:00
    DİM-də GRE General Test imtahanı keçirilib
  • 11-07-2025, 15:59
    Azərbaycan Universitetində yaz imtahan sessiyası başa çatıb
  • 11-07-2025, 15:58
    Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
  • 10-07-2025, 12:30
    Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
  • 10-07-2025, 12:29
    I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • 10-07-2025, 12:28
    7318 müəllim İŞDƏN ÇIXARILDI
  • 10-07-2025, 12:27
    Sertifikasiyadan riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə OLUB
  • 10-07-2025, 12:27
    Riyaziyyatdan zəif nəticə göstərənlər bu universitetin MƏZUNLARIDIR
  • 10-07-2025, 12:26
    Sertifikasiyada 3 sual iştirakçıların lehinə çıxarılıb- Nazir səbəbini AÇIQLAYIB
  • 10-07-2025, 12:25
    Sertifikasiya müəllimlərin maaş artımını sürətləndirib- RƏQƏMLƏR
  • 10-07-2025, 12:24
    Rusdilli məktəblər BAĞLANMAYACAQ
  • 10-07-2025, 12:24
    Nazir kimya müəllimlərinin narazılığına münasibət BİLDİRİB
  • 10-07-2025, 12:22
    Özəl bağçalarda dövlət dəstəyi ilə təhsil alan uşaqların sayı 5000-ə çatdırılacaq
  • 10-07-2025, 12:22
    Məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub
  • 10-07-2025, 12:21
    Bu il 40 bağça direktoru vəzifəsindən azad edilib
  • 10-07-2025, 12:20
    Yeni tədris ilində 10-dan artıq məktəb AÇILACAQ
  • 10-07-2025, 12:19
    Sertifikasiya və MİQ suallarını kimlər tərtib EDİR?
  • 9-07-2025, 18:06
    Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
  • 9-07-2025, 10:38
    Bakıda yerləşən bağçada ciddi nöqsanlar aşkarlandı
  • 9-07-2025, 10:38
    MİQ-in IV günündə 5 fənn üzrə imtahan KEÇİRİLƏCƏK
  • 9-07-2025, 10:37
    İyulun 11-də GRE imtahanı keçiriləcək
  • 9-07-2025, 10:35
    Qabiliyyət imtahanlarının nəticəsi ilə bağlı apellyasiyaya müraciət SAYI
  • 8-07-2025, 18:50
    Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
  • 8-07-2025, 08:36
    Direktorların işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
  • 8-07-2025, 08:34
    Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...
  • 8-07-2025, 08:33
    Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı bu tarixdə OLACAQ
  • 8-07-2025, 08:32
    II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları
  • 8-07-2025, 08:31
    BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir
Daha çox
8-07-2025, 18:50
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
9-07-2025, 18:06
Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
Dün, 14:00
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
7-07-2025, 16:13
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
11-07-2025, 15:58
Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi
8-07-2025, 08:34
Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə