Hazırda 987 ümumi təhsil müəssisəsi üzrə 150 min şagird “BilBacar” müsabiqəsindən qeydiyyatdan keçərək hazırlıq mərhələsinə başlayıb.
Təhsil İnstitutundan bu barədə məlumat yayıb.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətlərini qiymətləndirməkdir.