Mingəçevirdə uşaq bağçasında yanğın olub
Mingəçevir şəhərində yanğın olub.
AzEdu.az - istinadən xəbər veririk ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) dəhlizinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü və tavanı 50 m² sahədə yanıb. Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı zərərçəkən olmayıb.
Faktla bağlı araşdırma aparılır.