Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Musiqi kimliyimiz” layihəsinin bağlanış mərasimi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov, Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında “Şərili”, “Şəqayi Gəraylı”, “Təbriz Gəraylısı”, “Ofşarı”, “Naxçıvanı”, “Baş sarıtel”, “Kərəm gözəlləməsi”, “Koroğlu dubeytisi”, “Hüseyni” səsləndirilib.
Qeyd edək ki, daha əvvəl “Musiqi kimliyimiz” layihəsi Aşıq Ələsgər və Aşıq Şəmşirə həsr olunub.