Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tabeliyində olan Daşkəsən rayonu Qaratağlar kəndi məktəbi uşaq sayı çatışmadığından bağlanıb. Bəzi müəllimləri Daşkəsəndəki məktəblərdə yerləşdirsələr də, müəllimlərdən birinə Daşkəsəndə məktəblərdə yer olmadığına görə iş verilməyib. Yəni hazırda müəllim kimi fəaliyyət göstərmir. Direktor, Regionala bildirsə də, onlardan asılı olmadığını dilə gətiriblər. Amma digər müəllimləri yerləşdiriblər. Nəzərə alsaq ki, MİQ-lə işə qəbulunub, müsahibədən keçib haqqı olan 8 saatı da 2 yerə bölünüb və 4 saatla Göygöllə Daşkəsən arasında qalan bir müəllim ailə saxladığı üçün, madiyyatı, haqqı olan gəliri və yaşam keyfiyyəti üçün bunu edib. Bəs indi niyə Regional müəllimi digər müəllimləri etdiyi kimi işlə təmin etmir? Tutalım ki, həqiqətən ondan asılı deyil (yalan), bəs onda öz Regionalında olan bu haqsızlığa, ayrı-seçkiliyə görə heç bir addım atmır? Səbəbi nədir?
Hamı çətinliklə ailə saxlayır. İnsanlara bu qədər zülm etmək olmaz.
Aidiyyatı qurumlardan məsələnin həll edilməsini tələb edirik.