Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.
Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
Layihə təklifi forması
CV forması