Barəsində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçusu müsabiqə və müsahibələrdə iştirak edə bilməz.
Bu barədə "
TehsilMedia.az"a Dövlət İmtahan mərkəzindən bildirilib.
Qeyd olunub ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.