Bu gün yaz sessiyası üzrə təhsil krediti almaq istəyən tələbələrin müraciətlərinin qəbulu yekunlaşır.
Bu barədə "
TehsilMedia.az"a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, yaz sessiyası üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə müraciət edə bilərlər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul edilir.
Qeydiyyat yekunlaşdıqdan sonra belə müraciətlərin emalı davam edəcək.