“Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC tərəfindən həyata keçirilən “İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar” adlı təlim kurslarını müvəffəqiyyətlə başa vuran 17 dinləyiciyə sertifikat verilib.
Bu barədə "
TehsilMedia.az"a ADNSU-dan bildirilib.
Təlim kursunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak edib. Təlimdə uğurla iştirak edən ADNSU-nun 7 əməkdaşının hər birisi sertifikat alıb.
“İxtira, faydalı model və sənaye nümunəsinə dair hüquqlar” adlı təlim kursunun başa çatması ilə əlaqədar keçirilən tədbirdə “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC-nin direktoru Zahir Hacıyev təlim kursunu uğurla başa vuran bütün iştirakçıları təbrik edib, onlara yeni-yeni uğurlar arzu edib.