Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları ABŞ-ın Nyu-York və Corc Vaşinqton universitetlərinin professorları Maykl Todaro və Stefen Smitin “İqtisadi inkişaf” kitabını Azərbaycan dilinə tərcümə ediblər.
Bu barədə "
TehsilMedia.az"a UNEC-dən məlumat verilib.
“Pearson” nəşriyyatında işıq üzü görən kitabda iqtisadi inkişaf tədqiq edilib və inkişaf etməkdə olan ölkələrin ümumi xüsusiyyətləri açıqlanıb, həmçinin inkişaf etmiş iqtisadiyyatlara çevrilmək istiqamətində transformasiyanı başa vurmuş ölkələrin digər ölkələr üçün potensial modelləri nəzərdən keçirilib.
Nəşrdə inkişaf iqtisadiyyatının nəzəri və empirik bazası üzrə ideyaları və tapıntıları, mübahisəli nəzəriyyələr və sübutların şərhləri da oxuculara təqdim olunub.
SOCAR-ın dəstəyi ilə tərcümə olunan kitablar UNEC-in kitabxana fonduna hədiyyə edilib.