Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Malaqa Universitetinin professorları UNEC-də mübadilədə iştirak ediblər.
UNEC-dən "
TehsilMedia.az"a bildirilib ki, səfər çərçivəsində professorlar UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin müvafiq şöbələrinin, eləcə də “Bloomberg” laboratoriyası, 7/24 Kitabxana, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin əməkdaşları ilə görüşərək, strukturların fəaliyyəti ilə yaxından tanış olublar.
Görüş zamanı UNEC haqqında ümumi məlumatlar, beynəlxalq və ikili diplom proqramları, layihələr, eləcə də diferensial əməkhaqqı sistemi, tədqiqat mərkəzləri üçün potensial əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.
Sonda alimlərə sertifikatlar təqdim edilib.