Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Mechanical Systems and Signal Processing” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
Bu barədə "
TehsilMedia.az"a institutdan məlumat verilib.
“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal mexanika, aerokosmik və mülki mühəndislik sahələrini əhatə edir. Nüfuzlu nəşrdə yeni siqnal emalı üsulları nəticəsində əldə edilən elmi nailiyyətlərə yer ayrılır. Bu jurnaldakı məqalələr həm də mühəndislik biliklərinə orijinal töhfələri nümayiş etdirir.