ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıdakı kitabxanalardan birinə 250-dən çox kitab bağışlayıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi X səhifəsində məlumat verilib.
"ABŞ səfirliyinin inzibati işlər üzrə müşaviri Endryu Berdi bu gün Səbail rayon mərkəzi kitabxanasına baş çəkib və kitabxanaya 250-dən çox ingilis dilində kitab və DVD verib. Ümid edirik ki, Səbail rayonunda təhsil alan tələbələr bu kitablardan və DVD-lərdən faydalanaraq, öz ingilis dili bacarığını təkmilləşdirəcək!", - məlumatda deyilir.