"Tədris edilən proqram və dərsliklər daim yenilənməlidir".
"TehsilMedia.az" ın məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil:
"Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir", - rektor qeyd edib.
H.Paşayev əlavə edib ki, sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daim yenilənməli, tədris materialları gerçək həyata yaxınlaşdırılmalıdır:
"Gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi tımin olunmalıdır".