Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Abşeron florası” çoxcildliyinin I kitabı işıq üzü görüb.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, oxuculara təqdim edilən “Abşeron florası” 5 şöbə, 6 sinif, 27 sıra, 49 fəsilə, 160 cins və 406 növü əhatə edir. Növlərin taksonomik tərkibi Engler və APG sistemləri əsasında hazırlanıb.
Kitab botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevərlər üçün nəzərdə tutulub.