Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş fakültədaxili şahmat turniri keçirilib.
TehsilMedia.az xəbər verir ki, maraqlı və bir o qədər də gərgin keçən turnirin qalibi fakültənin IV kurs tələbəsi Əhməd İlyas olub. II və III yerlərin sahibləri isə fakültənin III kurs tələbəsi İsmayıl Ağayev və I kurs tələbəsi Mətləb Fərəməzovdur.
Qaliblər medal və diplomlarla təltif olunublar