Bakı Ali Neft Məktəbində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspertləri tərəfindən “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” mövzularında təlimlər keçirilib.
Bu barədə
"TehsilMedia.az" a BANM-dən bildirilib.
Qeyd olunub ki, bundan başqa, təhsil ekspertləri tərəfindən “Beynəlxalq təcrübədə tyutorluq” və “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi” təlimləri də təşkil olunub.