Mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı Slavyan Universitetinin (BSU) Humanitar və sosial elmlər və Tərcümə fakültəsinin, Tərcümə fakültəsinin nəzdində fəaliyyət göstərən Rus dili və mədəniyyətlərarası kommunikasiya və Avropa dilləri kafedrasının birgə təşəbbüsü ilə I, II, III tədris ili tələbələri arasında "Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır” adlı müsabiqənin ilkin mərhələsi keçirilib.
Bu barədə "TehsilMedia.az”a BSU-dan məlumat verilib.
Tərcümə (Azərbaycan dili-ingilis dili) və Tərcümə (Azərbaycan dili-rus dili) ixtisası üzrə təhsil alan I tədris ili tələbələri ən yaxşı imla müsabiqəsində iştirak ediblər.
Müsabiqənin II mərhələsi ("Ən yaxşı esse”) 15 may və III mərhələsi ("Ən yaxşı tərcümə”) 19 may tarixində baş tutacaqdır.