Bakı Dövlət Universitetinin (BDU) 265 tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestri üzrə təhsil krediti almaq hüququ əldə edib.
Bu barədə "
TehsilMedia.az"a universitetdən məlumat verilib.
Qeyd olunub ki, onlardan 84-ü sosial, 181-si isə standart təhsil kreditidir.
2022/2023-ci tədris ilində isə ümumilikdə 563 tələbəyə tələbə krediti verilib. Onlardan 172-i sosial, 391-i isə standart təhsil krediti olub.
Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.