Almaniyanın Şmalkalden Universitetində təhsil alan Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Lalə Ələkbərova və Günay Qədiyeva hər biri 3452 avro dəyərində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “HAW.International” qrantını qazanıblar.
TehsilMedia.az xəbər verir ki, bu qrant Almaniyanin Federal Təhsil və Tədqiqat Nazirliyinin vəsaitləri hesabına maliyyələşdirilir. 2025-ci ilin sonuna qədər davam edəcək “HSM.InternationalER” layihəsi universitetin beynəlmiləlləşmə strategiyası istiqamətində növbəti addımdır.
Qeyd edək ki, Lalə Ələkbərova və Günay Qədiyeva təhsillərinə bir semestr ərzində mübadilə tələbəsi olaraq Almaniyada davam edirlər.