Dekabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının Rİ301S qrup tələbələri Xarici dildə işgüzar və akademik kommunikasiya fənnini tədris edən dosent Vüsalə Ağabəylinin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin (ADU) Amerika, Serbiya, Avstriya, Skandinaviya, Pakistan və Multikulturalizm mərkəzləri ilə tanış olmuş, ali təhsil müəssisəsindəki Konfutsi İnstitutu və Germanistika İnstitutuna baş çəkiblər.
ADPU-dan
"TehsilMedia.az" a bildirilib ki, görüşlərdə tələbələr əcnəbi mərkəzlərinin fəaliyyəti, onların missiyası, tarixi və yaranması haqqında məlumat almış, mərkəz rəhbərləri və əməkdaşları ilə diskussiya aparıblar.
Görüş ADU-nun muzeyində gəzinti, muzey əməkdaşları tərəfindən verilən məlumatların dinlənilməsi və müzakirəsi ilə yekunlaşıb.