Özbəkistan Milli Universitetinin Özbək filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Hamidulla Baltabayev Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olub.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Görüşdə BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Azərbaycan və Özbəkistan arasındakı elmi-mədəni əlaqələrdən, fakültə alimlərinin Özbəkistanın müxtəlif universitetləri ilə uğurlu əməkdaşlığından danışıb.
Dekan müavini Anar Fərəcov, Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov və kafedranın doktorantı Məleykə Mirzəli Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin əhəmiyyətindən bəhs ediblər.
Sonra Türkologiya kafedrasında professor Məhərrəm Məmmədov özbəkistanlı alim Hamidulla Baltabayevə kafedranın tədris və tədqiqat istiqamətləri haqqında məlumat verib.
Professor Firuzə Ağayeva professor Hamidulla Baltabayevin yaradıcılığı haqqında çıxış edib.
Daha sonra Hamidulla Baltabayev “Özbək Cədid ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə əlaqələri” mövzusunda seminar keçib. BDU-nun Türkologiya kafedrasının əməkdaşları – professorlar Elbrus Əzizov və Ramiz Əskər, dosentlər İslam Vəliyev və Kəmalə Nəcəfova mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Özbəkistanlı alimə “Təşəkkürnamə” təqdim olunub.