Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali təhsil müəssəsələri tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.
Yarışda müxtəlif universitetlərdən ümumilikdə 22 komanda iştirak edib.
TehsilMedia.az xəbər verir ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını yarışda Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri təmsil edib.
Yarışda iştirak edən komandaların yekun göstəricilərinə əsasən, ən yaxşı nəticəyə malik olan komandalar mükafatlandırılıb.