Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Fulbright” proqramı əsasında amerikalı müəllim Tiffany Tillman tərəfindən "Akademik yazı" mövzusunda seminarlar keçirilir.
Bu barədə
"TehsilMedia.az" a ADNSU-dan bildirilib.
2 ay davam edəcək seminarlar "Gənc müəllimlər üçün İngilis dilinin effektiv tədrisi metodikaları", "Akademik yazı" və "İngilis dilinin tədqiqat sahəsində istifadə edilməsi" istiqamətlərindədir.