"Bəzi gənc menecer-təhsil məmurları deyir ki, nə olsun ki, pedaqoji təhsilim və pedaqoji stajım yoxdur, əvəzində 11 illik şagirdlik, 6 illik tələbəlik "staj"ım var. Bu 17 illik "staj" mənə imkan verir ki, özümü bu sahənin "mütəxəssis"i hesab edim".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov bildirib.
"Bu məntiqlə deyə bilərik ki, ölkədə 5 milyon təhsil mütəxəssisi var. Ona görə də təhsilimiz bu gündədir. Təhsilin əlifbasını bilməyən belə menecer-mütəxəssislərə nə izah edəsən? Xalq da bunlardan islahat gözləyir", - ekspert qeyd edib.