TehsilMedia.az olaraq Xırdalan şəhər 2 nömrəli məktəbin sertifikasiya imtahanından yüksək bal toplayan ibtidai sinif müəllimlərinin təəssüratlarını öyrəndik. Bu imtahana necə hazırlaşıblar? Sualların tərtibi onları qane edibmi?
İmtahandan 56 bal toplayan
Təranə İsgəndorova bildirib ki, o imtahana könüllü olaraq qatılıb. Təhsil sistemi ilə ayaqlaşmaq və yenilikləri öyrənmək üçün bu imtahanın vacibliyini vurğulayan T. İsgəndorova qeyd edib ki, sertifikasiya imtahanına onlayn kurslar vasitəsilə hazırlaşıb və sualların tərtibatından da olduqca razı qalıb. O bildirir ki, düşündürücü suallar az deyildi.
53 bal toplayan ibtidai sinif müəllimi
Solmaz Mehralıyeva bu nəticəni topladığı üçün olduqca sevincli olduğunu bildirib. O deyir ki, imtahana hazırlaşmaq üçün xüsusi hazırlıq kurslarına getməyib. Sualların isə asan, orta və çətin üslubda hazırlandığını diqqətə çatdırıb.
Nuranə Fərəcli də sertifikasiya imtahanından 53 bal toplayaraq, məktəbin yüksək nəticə göstərən müəllimlərindən biri olmağa nail olub. O, imtahana 2 ay hazırlaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə imtahan sualları həm düşündürücü, həm də öyrədici idi.
Hər üç müəllim də sertifikasiya imtahanlarının davamlı olmasının faydalı ola biləcəyini düşünürlər. Çünki imtahan müəllimlərdəki məsuliyyət hissini artıran vasitələrdən biridir.
TƏHSİL MEDİA