2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmələr keçirilib.
Bu barədə
"TehsilMedia.az" a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır.