"Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır".
TehsilMedia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
Professor qeyd edib ki, son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyi haqda söz-söhbətlər yayılır:
"Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq? Ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu nəzərə alınmalıdır. Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır".