Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məktəbdə niyə dərs keçirilmir? - DİLEMMA

Köşə

14-03-2024, 06:51

Məktəbdə niyə dərs keçirilmir? - DİLEMMA


Təhsil hər bir vətəndaşın təməl hüququ və sosial məsuliyyətdir. YUNESKO-nun məlumatlarına görə, dünyada 262 milyon uşaq hələ də məktəbə getmir, 617 milyon uşaq və böyük savadsızdır, 4 milyon qaçqın isə məktəb hüquqlarından məhrumdur. Bu insanlar təhsil almaq hüququndan məhrum edilib və bu vəziyyət qəbuledilməzdir. UNESKO bütün hökumət və təşkilatlardan keyfiyyətli təhsil vermək üçün səfərbər olmağı tələb edir.

Uşaq tərbiyəsi və uşaq təhsili bir-biri ilə əlaqəli olan anlayışlardır. Bu aspektdən məktəb-valideyn əməkdaşlığı da mühümdür. Uşaq tərbiyəsi gözəl əxlaq, nümunəvi insan və müsbət insani dəyərlərə aparan prosesdir. Müəyyən bir fənn üzrə bilik, bacarıq və təcrübə əldə etmək isə təhsil anlayışına daxildir. Yəni valideynin evdə başladığı tərbiyə metodu məktəbdəki təlim-təhsil metodu ilə uyğunlaşmalıdır, biri digərinin təməlidir çünki. Təhsilin tətbiqi mexanizmi yaxşı ola bilər, tərbiyə də qüsursuz verilə bilər, amma nəticə qaneedici olmaz. Bu gün təbliğ edilən, qabaqcıl metodlara əsaslandığı iddia edilən təhsil proqramları tərbiyə məsələsini vacib saymır. Qısacası, daha məktəb tərbiyə vermir. Əslində məktəblər indi heç təhsil də vermir, etiraf edək. Əgər repetitorluq xidməti olmasa idi, ali məktəblərə qəbul statistikası biabırçı rəqəmlərlə əks olunardı.

Təəssüf ki, hazırda bizim təhsil sistemimiz hər şeydən bir az öyrətmə sistemi üzərində qurulub. Hər tədris ilində bir pilot layihə peyda olur, uşaqlar gah bir sistem üzrə təhsil alır, gah da başqa bir sistem. Daha kobud dillə desək, məktəblər uşaqları savadsız edir. Çünki dərs proqramı səthi qurulub, xüsusilə 10-11-ci siniflərdə tədris metodikası yetərli deyil. Ən vacib fənlər belə həftədə 2 saat tədrislə yekunlaşır. Əgər 10-11-ci siniflərdə şagirdlər repetitor köməyinə baş vurmasa ali məktəbə qəbul statistikasında biabırçı rəqəmlər müşahidə olunar.



Uşaqlar ona görə dərsdən yayınır ki...

“Narahatlığımız 10 -11-ci siniflərdə oxuyan şagirdlərimizin orta ümumtəhsil məktəblərində kifayət qədər tədrisdən yayınması və bu yayınmanın əsas səbəbləridir. Yəni bildiyiniz kimi, 11-ci sinifdə oxuyan abituriyent təbii ki, ali təhsil məktəblərinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi proqram üzrə hazırlaşırlar. Amma çox təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında olan proqramı Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərində olan proqramı ilə üst üstə düşmür. Əslində, üst-üstə düşür, proqram eyni proqramdır. Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinin proqramı əsasında suallar tərtib edir. Amma problem nədir? Problem budur: misal üçün, hər hansı bir şagird beşinci sinifdə oxuyarkən Azərbaycan dili fənnindən fonetika keçir və bu fonetika bölməsi 11-ci sinfə qədər bir daha bu şagirdin qarşısına çıxmır”.

Bu sözləri söhbət əsnasında tanınmış təhsil eksperti Ramin Nurəliyev dedi. Ekspert deyir ki, şagirdlər sinifdən sinfə keçdikcə həmin mövzu yalnız bir-iki dərs təkrar olunur, bu da təbii ki, həmin mövzunu kifayət qədər mənimsəməyə imkan vermir: “Bu vəziyyət riyaziyyatda da eynidir. Beşinci sinifdə natural ədədlər keçilir və 11-ci sinifə qədər natural ədədlər bir daha keçirilmir. Hamımız da bunu qəbul edərik ki, beşinci sinifdə fonetika bölməsini və yaxud natural ədədləri keçən şagird 11-ci sinifə qədər altı tədris ili müddətində bu mövzunu yaddan çıxara bilər və böyük ehtimaldakı yaddan çıxaracaq. 10-11-ci sinifdə isə bizim şagirdlərə Dövlət İmtahan Mərkəzinin qəbul proqramının heç 10 faizini də keçə bilmir. Dövlət İmtahan Mərkəzinin 5-11, yəni altı tədris ilində olan qəbul proqramının 10-11-ci sinifdə şagirdlər tərəfindən mənimsənilməsi real deyil. Yəni o, qəbul proqramının cəmi 5-6 faizi əgər 11-ci sinifdə olmursa, əlbəttə, bu şagirdlər dərsdən yayınacaq, məktəbdən uzaqlaşacaq və yaxud da müxtəlif yollara baş vurmağa çalışacaq”.



Sistemin özü səhv qurulub

Tədris proqramının düzgün formalaşmadığını deyən Ramin Nurəliyev bildirir ki, buna görə də Dövlət İmtahan Mərkəzinin qəbul proqramının, Təhsil Nazirliyinin proqramı ilə illərə görə uzlaşmaması, şagirdlərin orta ümumtəhsil məktəblərindən yayınmasına, maraq göstərməməsinə gətirib çıxarır: “Misal üçün, mən təklif etmişdim ki, biz təhsil sisteminin üç hissəyə bölməliyik məktəblərdə. Birinci ibtidai təhsil, 1-4-cü siniflər. İkinci icbari təhsildir, bildiyimiz doqquzuncu sinifə qədər oxuyur və atestatını alır. Ondan sonra isə məsələn Türkiyə modelini tətbiq edə bilərik. Türkiyədə 10-11-12-ci sinif var və universitetə hazırlıqdır bu siniflər. Biz də eyni şəkildə 10-11-12-ci sinif və yaxud da 10-11 –ci siniflər edə bilərik. Zənnimcə, elə 10-11 sistemi də olar, proqramı iki tədris ilinə də çatdırmaq olar. Necə ki, repetitor və ya hazırlıq kursları çatdıra bilir, biz də çatdıra bilərik əlbəttə ki.

Ekspertin təklifinə görə 11 -12-ci sinifdə və yaxud 11-ci sinifdə universitetə hazırlığa görə bütün proqram həyata keçirilməlidir: “Yəni şagird 10-cu sinifdə ikən sıfır dan başlayaraq qəbul proqramının tədrisi aparılsın və məzun olduğu təqdirdə 11-ci sinifdə artıq həmin proqram yekunlaşsın. Bu təqdirdə artıq şagird məktəbdən yayınmamağa çalışacaq. Çünki şagird niyə məktəbə gəlir? 11-ci sinif universitetə hazırlaşmaq üçün. Universitetə hazırlaşdığı təqdirdə əgər universitetə hazırlıq proqramını məktəbdə görməsə, oradan bir fayda əldə etmədiyini düşünərsə, şagird məktəbə maraq göstərməyəcək. Repetitora və yaxud kurslara maraq göstərəcək. Çünki bu şagirdin qayəsi nədir? Universitetə hazırlaşmaq. Əgər biz tədris proqramını yuxarı siniflərdə universitetə qəbul proqramı ilə alarıqsa, yəni iki il müddətinə yerləşdirəriksə, o zaman şagirdlərdə orta məktəbə maraq da çoxalmış olacaq”.



Asan deyil, amma mümkündür

Ramin Nurəliyev prosesin tətbiqinin asan olmadığını deyir, lakin mümkünsüz olması ilə razılaşmır: “Bilirəm, başa düşürəm, bunu etmək bir az çətindir. Çünki sistem dəyişilməlidir. Yəni sistem necə dəyişilməlidir, proqramlar dəyişilməlidir, mifrodat dəyişilməlidir, dərsliklər dəyişilməlidir. Bunların hamısını həyata keçirmək bir az çətindir. Amma təbii ki, bu, əgər bizim təhsilə fayda verəcəksə, bunu dəyişmək məcburiyyətindəyik. Mən bu məsələ ilə bağlı rəsmi olaraq Təhsil Nazirliyinə müraciət etmişdim. Amma faydasını görmədim. Heç cavab belə vermədilər. Çünki sərf eləmədi böyük ehtimal, böyük vəsait də tələb olunur layihəni həyata keçirmək üçün. Amma təbii ki, medianın bu istiqamətdə dəstəyi olarsa, bəlkə də nəsə nailiyyət əldə etmək olar.”

Ekspert hesab edir ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərində orta məktəbə olan maraq, yalnız attestat ala bilmək üçün oxumaqdır: “Yəni orta məktəbdən attestatımı alım, vəssalam. Ali məktəbə qəbul üçün repetor yanına və yaxud da ki, hazırlıq kurslarına gedib öz tədrisimi ordan alacam deyə düşünürlər. Orta məktəbdə yuxarı siniflərin dərsə gəlmədiyini hamımız bilirik. Onları məktəbə cəlb etməyin yolu olaraq mənim dediyim təklif ən ideal təklifdir. Yəni Dövlət İmtahan Mərkəzinin ümumi proqramı 10 -11-ci sinifə sığışdırılaraq tədris aparılacaq. Hətta misal üçün, bunu qruplar üzrə də bölə bilərik. Yəni 10-11-ci sinifə gələn şagirdlər qruplar üzrə bölünüb dərs saatlarını ona görə tənzimləyə bilərik. Tutaq ki, həftədə 25 -26 saat dərs vardırsa və yaxud da 30 saat dərs varsa, bu 30 saat dərsin daha çox miqdarını universitet hazırlıq fənlərinə ayıra bilərik”.

Ana dili və həftədə iki 40 dəqiqə

Daha bir problemli məsələ də Azərbaycan dili fənninin buraxılış imtahanında olmasına rəğmən 10-11-ci sinifdə Azərbaycan dili 1-2 saat tədris olunur. Yəni, dil və dilçilik mövzusu cəmi iki saat tədris olunur. İki saat dediyimiz də iki 40 dəqiqədir. 2 yox, 4-5 saat Azərbaycan dilinə verilsə, həmin mövzular sıxışdırılaraq proqramlaşdırılsa, elə düşünürəm ki, bu şagirdlər üçün az da olsa kifayət edər. Elə ailələr var ki, maddi vəziyyət səbəbindən abuturiyenti hazırlıq kurslarına göndərə bilmir. Bu şagirdlər harada hazırlaşmalıdırlar, necə oxumalıdırlar? Onları da düşünərək bu layihəni həyata keçirəriksə təhsil sistemində nailiyyətlər əldə edə bilərik. Hazırkı vəziyyətdə, orta təhsil müəssisələrində, məktəblərdə keçirilən proqramlar şagirdlərin kor olmasına gətirib çıxarır və şagird də artıq oradan hər hansı fayda əldə etmədiyini gördüyü üçün məktəbə laqeyd yanaşır. Məktəbə laqeyd yanaşan şagird də yaramazlıqlar edir, müəllimi dinləmir, məktəbdə bəzi qeyri-etik yollara baş vurur. Amma əgər o, məktəbdən faydalanarsa bunu etməyəcək. Əgər bu sistem tətbiq edilsə müəllim də qazanacaq, məktəb də qazanacaq, şagird də”.

Məktəblilər innovativ, rəqəmsallaşmış bir gələcəyə hazır olmalıdırlar, mövcud təhsil sisteminin ən birinci vəzifəsi bu olmalıdır. Bugünkü təhsil sistemi onlara innovativ bir gələcək vəd edirmi? Birmənalı olaraq yox. Onların potensialını üzə çıxaracaq təhsil sistemi yaradılmalı və tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrdə qəbul edilməyən təhsil proqramları ilə şagirdlər üzərində dəlləklik edən təhsil sistemimiz bunu onlara borcludur. Effektiv öyrənmə və imkanları özündə ehtiva edən dinamik özül yaradılmalıdır. Fərqlilik yaratmaq adı ilə naməlum təhsil proqramlarını tətbiq edib uşaqların beynini qarışdırmaq yerinə effektiv üsullar tapılmalıdır.

Elm və texnologiya üzərində hökmranlıq etməyi, yeniliklərdən şüurlu şəkildə istifadə etməyi bacaran, yeni kəşflər edən və eyni zamanda, milli kimliyini unutmayan, bütün ixtiraları ilə vətəninə, xalqına xidmət etmək istəyən gənclik yetişdirmək bir ölkənin, bir dövlətin gələcəyə ən böyük yatırımıdır. Amma ölkəmizdəki təhsil sistemində olan çatışmazlıqlar həll edilmədikcə, uşaqlarımız məktəbdə deyil, repetitorlar köməyi ilə ali məktəbə daxilolma statistikasını yüksəldəcəksə, o yatırımdan söhbət gedə bilməz.

Təhsil millətin gələcəyidir, amma gələcəyimiz olan uşaqlar təhsil dilemması qarşısında aciz qalıblar. İllərlə sərasər qəbul imtahanına hazırlaşan, imtahana girən abituriyentlərin uzun və gərgin hazırlaşma prosesinə görə psixoloji vəziyyəti qaydasında olmur. İllərlə, aylarla hazırlıq prosesi, repetitor köməyi nəticədə bir işə yaramır, uşaqlar qəbul imtahanlarında az bal toplayır. Demək ki, bu işin təməlində problem var, məktəb təməli möhkəm qoya bilmir. Bilənlər öz təklifini verir, ona da etinasız yanaşılır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Oxunub: 1 012
Paylaş:
Digər xəbərlər

Araşdırma

30-06-2023, 14:21

Uşaq Problemləri |Onları Təhsildən Yayındıran Səbəblər

Hadisə

14-02-2024, 17:17

249 nömrəli tam orta məktəbdə psixi və fiziki şiddət!

Araşdırma

8-09-2023, 14:24

Uşaqları tərbiyə edərkən bu məqamlara fikir verin

Məktəbəqədər təhsil

8-09-2023, 20:21

Yeni tədris ilində 114 mindən çox uşaq bağçaya gedəcək

Gündəm

24-11-2023, 12:01

Uşaq evləri və internatlar niyə vahid quruma tabe deyil? - ARAŞDIRMA

Araşdırma
Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Elm və Təhsil
Bugün, 17:47
Vətənə xəyanət edən Nazir! Xalqımızı məhv etmək üçün...
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Bugün, 12:15
Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
Bugün, 12:14
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 12:12
Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
Bugün, 12:12
Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
Hadisə
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Son xəbərlər
  • Bugün, 17:47
    Vətənə xəyanət edən Nazir! Xalqımızı məhv etmək üçün...
  • Bugün, 15:39
    201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
  • Bugün, 12:15
    Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
  • Bugün, 12:14
    Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
  • Bugün, 12:12
    Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
  • Bugün, 12:12
    Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
  • Bugün, 12:11
    Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub
  • Bugün, 12:10
    Dövlət orqanlarına daxili müsahibə elan edilir
  • Bugün, 12:09
    Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU
  • Bugün, 12:08
    Müəllimlərə şad xəbər: yeni tədris ilində güzəştli kartlar VERİLƏCƏK
  • Bugün, 09:35
    AHİK-də “yenilik” şousu və reallığın acı üzü
  • Bugün, 00:24
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Dün, 20:44
    Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
  • Dün, 18:15
    Nazirlikdən valideynlərin imtahanla bağlı etirazına CAVAB
  • Dün, 11:46
    Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı
  • Dün, 11:45
    Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib
  • Dün, 11:44
    Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...
  • Dün, 11:43
    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb
  • 11-08-2025, 16:37
    MİQ-də vakansiya seçimi başa çatıb
  • 11-08-2025, 16:36
    Rezidenturaya qəbulun nəticələri elan olunub
  • 11-08-2025, 16:35
    "Universitetlərdəki istehsalat təcrübələri önəm daşımır"
  • 11-08-2025, 16:35
    Xaricdə təqaüdlə təhsil alanların məlumatları “mygov”a inteqrasiya olunub
  • 11-08-2025, 16:34
    250-dən çox şagirdin lisey və gimnaziyaya qəbul imtahanı ləğv edildi
  • 11-08-2025, 16:33
    AzTU və ADNSU yalnız öz kolleclərinin subbakalavrlarını qəbul edəcək? - RƏSMİ
  • 10-08-2025, 13:30
    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
  • 10-08-2025, 13:29
    Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
  • 9-08-2025, 16:48
    Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
  • 9-08-2025, 14:03
    “Gənc psixometrik” təcrübə proqramının ilk çağırışı yekunlaşıb
  • 9-08-2025, 14:03
    İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!
  • 9-08-2025, 14:02
    9 illik təhsil əsasında kolleclərə qəbul nəticələri “Abituriyent” jurnalında dərc olunub
  • 9-08-2025, 14:01
    Karnatakada təhsil sistemi yenilənir
  • 9-08-2025, 14:00
    ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər
  • 9-08-2025, 13:59
    Qarabağ Universitetində plan yerləri MƏLUM OLDU
  • 9-08-2025, 13:58
    Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
  • 8-08-2025, 13:36
    Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Daha çox
8-08-2025, 00:53
Müəllimlər Prezident İlham Əliyevə səslənir: Bu ZÜLMDÜR!!!
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
9-08-2025, 16:48
Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
7-08-2025, 23:42
İmişlidə qəza törədərək hadisə yerindən qaçan, yaralı körpələrə ürəyi ağrımayan Əziz Quliyev KİMDİR? - ŞOK DETALLAR - FOTO
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə