Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas səbəbkarı sosial şəbəkələrdir – Nadir İsrafilov

Köşə

6-04-2024, 13:16

Məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas səbəbkarı sosial şəbəkələrdir – Nadir İsrafilov


“Məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq, bu kimi halların baş verməsi də bir o qədər qaçılmaz olacaq”.

Mektebgushesi.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

O qeyd edib ki, bu gün təhsil tərbiyəni üstələyir:
“Mən dəfələrlə demişəm və bu gün də o qənaətdəyəm ki, məktəb təlim-tərbiyə müəssisəsi olduğu halda, təlimə ifrat dərəcədə aludəçiliyimiz müasir dövrümüzdə tərbiyə işini arxa plana keçirib. Vəziyyət o həddə çatıb ki, bu gün nəinki, məktəblərdə, hətta məktəbəqədər və məktəbə hazırlıq qruplarında belə təhsil tərbiyəni üstələyir, uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Son onilliklərdə məktəblərdə baş verən xoşagəlməz neqativ hallar belə qənaətə gəlməyə əsas verir. Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb. Bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir”.Ekspert baş verən hadisələr zamanı məktəb rəhbərliyinin tutduğu mövqeyi tənqid edib:
“Elə götürək, Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə baş verən son bıçaqlanma hadisəsini. Uzun illərdən bəri ənənəyə çevrilən və hamı tərəfindən qabaqcadan gözlənilən cavab: “Məsələ ilə bağlı araşdırma aparılır. Məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək”. Araşdırma aparılsın və aparılmalıdır da. İctimaiyyətə də məlumat verilməlidir. Ancaq, bu şərtlə ki, araşdırmanın aparılmasında, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunsun. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır. Konkret faktı – kiminsə, kimisə bıçaqlamaq cəhdinı qısa müddət ərzində araşdırıb, müəyyən nəticə çıxarmaq bu qədərmi çətindir?”.
N.İsrafilov bəzi valideynlərin övladlarını nəzarətsiz buraxdığını da diqqətə çatdırıb:
“Qız uşağı olan bir yeniyetmənin özü ilə bıçaq gəzdirməsi nə deməkdir? Valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb? Əgər müəlliməsini bıçaqlamaq istəyibsə, bu nədən qaynaqlanıb? Onun fiziki və psixoloji durumu ötən dövrlər ərzində heç özünü biruzə verməyibmi? Suallar çoxdur, cavablar isə müxtəlif…
Təkcə bıçaqlanma deyil, məktəblərdə yeniyetmələr tərəfindən yol verilən digər çoxsaylı və müxtəlif xarakterli qeyri-etik hərəkətlər olsun. Bir müddət əvvəl Bakıda şagirdlərdən birinin həmcinsi tərəfindən bullinqə məruz qalması və başında yumurta sındırması ilə bağlı sosial şəbəkələrdə yayılan videoya baxarkən də günahkar axtarışına çıxmışdıq. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəyi barədə məlumat vermişdik. Məlumat verək, ancaq səbəblərini də göstərək.“TikTok”da kiçik bir axtarış aparsaq, böyüklü-kiçikli başda yumurta sındırmaqla bağlı yüzlərlə videogörüntülərin şahidi olarıq. Bu görüntülər, yeniyetmə və gənclərimizi “Novruz”da yumurta döyüşdürmək ənənəsindən başda yumurta sındırmaq adətinə sürükləyir. “TikTok”un vətəni olan Çin “TikTok” platformasından imtina edir, ABŞ Konqresi “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayır, biz isə hələ də gözləmə mərhələsindəyik. Nəticəni deyil, səbəbləri araşdırıb ictimaiyyəti məlumatlandırmalıyıq”.

Oxunub: 509
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

6-03-2024, 14:19

Məktəblərdə baş verən neqativ hallarla bağlı sorğular araşdırılır, tədbirlər görüləcək

Elm və təhsil

24-01-2024, 11:26

Təhsildə tərbiyə işinin önəmi - “Real addımlar atmağın vaxtı çoxdan çatıb”

Məktəblər / Gündəm

13-06-2023, 15:43

"Bütün sahələrdə problem olduğu halda ən çox qınağa tuş gələn məktəb və müəllim olur"

Köşə

5-02-2024, 23:37

İlham Əhmədov -Tərbiyə təlimdən daha vacibdir

Elm və təhsil

24-01-2024, 12:26

Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”

Araşdırma
Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Elm və Təhsil
Bugün, 17:47
Vətənə xəyanət edən Nazir! Xalqımızı məhv etmək üçün...
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Bugün, 12:15
Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
Bugün, 12:14
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 12:12
Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
Bugün, 12:12
Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
Hadisə
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Son xəbərlər
  • Bugün, 17:47
    Vətənə xəyanət edən Nazir! Xalqımızı məhv etmək üçün...
  • Bugün, 15:39
    201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
  • Bugün, 12:15
    Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
  • Bugün, 12:14
    Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
  • Bugün, 12:12
    Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
  • Bugün, 12:12
    Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
  • Bugün, 12:11
    Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub
  • Bugün, 12:10
    Dövlət orqanlarına daxili müsahibə elan edilir
  • Bugün, 12:09
    Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU
  • Bugün, 12:08
    Müəllimlərə şad xəbər: yeni tədris ilində güzəştli kartlar VERİLƏCƏK
  • Bugün, 09:35
    AHİK-də “yenilik” şousu və reallığın acı üzü
  • Bugün, 00:24
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Dün, 20:44
    Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
  • Dün, 18:15
    Nazirlikdən valideynlərin imtahanla bağlı etirazına CAVAB
  • Dün, 11:46
    Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı
  • Dün, 11:45
    Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib
  • Dün, 11:44
    Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...
  • Dün, 11:43
    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb
  • 11-08-2025, 16:37
    MİQ-də vakansiya seçimi başa çatıb
  • 11-08-2025, 16:36
    Rezidenturaya qəbulun nəticələri elan olunub
  • 11-08-2025, 16:35
    "Universitetlərdəki istehsalat təcrübələri önəm daşımır"
  • 11-08-2025, 16:35
    Xaricdə təqaüdlə təhsil alanların məlumatları “mygov”a inteqrasiya olunub
  • 11-08-2025, 16:34
    250-dən çox şagirdin lisey və gimnaziyaya qəbul imtahanı ləğv edildi
  • 11-08-2025, 16:33
    AzTU və ADNSU yalnız öz kolleclərinin subbakalavrlarını qəbul edəcək? - RƏSMİ
  • 10-08-2025, 13:30
    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
  • 10-08-2025, 13:29
    Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
  • 9-08-2025, 16:48
    Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
  • 9-08-2025, 14:03
    “Gənc psixometrik” təcrübə proqramının ilk çağırışı yekunlaşıb
  • 9-08-2025, 14:03
    İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!
  • 9-08-2025, 14:02
    9 illik təhsil əsasında kolleclərə qəbul nəticələri “Abituriyent” jurnalında dərc olunub
  • 9-08-2025, 14:01
    Karnatakada təhsil sistemi yenilənir
  • 9-08-2025, 14:00
    ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər
  • 9-08-2025, 13:59
    Qarabağ Universitetində plan yerləri MƏLUM OLDU
  • 9-08-2025, 13:58
    Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
  • 8-08-2025, 13:36
    Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Daha çox
8-08-2025, 00:53
Müəllimlər Prezident İlham Əliyevə səslənir: Bu ZÜLMDÜR!!!
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
9-08-2025, 16:48
Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
7-08-2025, 23:42
İmişlidə qəza törədərək hadisə yerindən qaçan, yaralı körpələrə ürəyi ağrımayan Əziz Quliyev KİMDİR? - ŞOK DETALLAR - FOTO
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə