Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Müəllimlərin etik davranış qaydalarının əvvəlki qaydalardan fərqi nədir?

Elm və təhsil

27-05-2024, 16:19

Müəllimlərin etik davranış qaydalarının əvvəlki qaydalardan fərqi nədir?



Artıq 10 il olacaqdı ki, təhsil müəssisələrində etik davranışla bağlı köhnə qaydalar tətbiq edilir, lazım gəldikdə nazirlik tərəfindən bu qaydalara uyğun tədbir görülürdü. Bəs, yeni qaydaların qəbulu hansı zərurətdən irəli gəlib və bunun köhnə qaydalardan fərqi nədir?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu Nazirliyin rəsmi qəzetinə danışıb.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin məsuliyyət dairəsinin genişləndirilməsi, ölkəmizin təhsil həyatında baş verənlər qaydaların dəyişməsini zəruri edirdi.

“2014-cü ildə Nazirliyin Kollegiyası tərəfindən qəbul edilən “Müəllimlərin etik davranış Qaydaları” yeni, daha təkmil “Təhsilverənlərin etik davranış Qaydaları” ilə əvəz edildi. Yeni Qaydalar, adından göründüyü kimi, yalnız ümumi təhsil müəssisələrində çalışan müəllimlərə deyil, bütün təhsilverənlərə şamil olunur. Buraya ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri, ali məktəb müəllimləri, peşə məktəblərində çalışan istehsalat təlimi ustaları da daxildir", - deyə o qeyd edibVəfa Yaqublunun sözlərinə görə, yeni qaydalarda ən mühüm maddələrdən biri “Loyallıq” maddəsidir.

"Əvvəlki qaydada nüfuza xələl gətirməməklə bağlı ictimai çıxışlardan çəkinmək və s. məqamlar qeyd olunsa da, indi bu məsələ əlavələrlə daha dəqiq redaksiyada verilib. Maddədə qeyd olunur ki, "...təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir". Burada media və sosial şəbəkə anlayışlarının əlavə edilməsi məsələnin gündəmə və ehtiyaca uyğun müsbət həlli kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, yeni qaydada “Təhsilverənlərin xidməti davranışı” adlı bölmə var. Bu bölməyə aid olan bəzi məqamlar əvvəlki qaydada müxtəlif maddələrə paylanmış şəkildə göstərilirdi. İndi isə daha kompakt şəkildə göstərilir. Onlardan biri təhsilverənin xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməsi ilə bağlıdır. Vəfa Yaqublu bildirib ki, bu bənd “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə istinadən əlavə edilmişdir. Həmin Qanunda siqaret çəkilməsi qadagan olunan yerlər arasında təhsil və tərbiyə müəssisələri, habelə onların əraziləri göstərilir.

Gələk istər mediada, istərsə də sosial şəbəkələrdə ən çox müzakirəyə səbəb olan məqama. Qaydaların 4.3. bəndində göstərilir ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Bunu müəllimlərin fikir və söz azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirirlər. Diqqət etsək, bu hissə həm də “Loyallıq” prinsipi ilə uyğunluq təşkil edir. Yeni Qaydada bu məqam “Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı” bölməsində verilib. Burada əsas məqam ondan ibarətdir ki, təhsil müəssisəsində doğrudan da nüfuzu aşağı salan hərəkətlər baş verirsə, təhsilverən bunu çəkib paylaşmaq əvəzinə hadisənin konstruktiv çözülməsinə çalışmalıdır. O bu məsələni müəssisə daxilində həll etməyə çalışmalı, həll olunmadığı təqdirdə yuxarı quruma müraciət etməlidir. İşlədiyi müəssisənin təəssübünü çəkmək loyal olmaq deməkdir. Ona görə də məsələyə loyallıq baxımından yanaşılmalıdır və sözügedən maddə azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Ümid edək, yeni qaydalar daha çox nizam-intizam, məsuliyyət gətirəcək, daha sağlam mühitin formalaşmasına xidmət edəcək", - deyə V.Yaqublu əlavə edib.

“Təhsilverənlərin etik davranış Qaydaları”nın “Müəllimlərin etik davranış Qaydaları”ndan fərqlərini bir daha qeyd edək:

1. Yeni qaydalar yalnız müəllimlərə deyil, bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə aid edilir.

2. Bütün təhsilverənlərə aid edildiyi üçün yeni qaydalarda “Müəllim andı” əks olunmayıb.

3. Təhsilverənlər və təhsilalanların hüquq və vəzifələri “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda əks olunub. Təkrara yol verilməməsi üçün yeni layihədə həmin müddəalar çıxarılıb.

Əlavə edilən müddəalar:

Təhsilverənlərin xidməti davranışı:

- Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir;

- Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını təmin etməlidir;

- Təhsilverən nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir;

- Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir;

- Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.Qeyd: Bu bənd “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10-cu maddəsinə istinaddır:

“10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;”

Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı:

- Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir;

- Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Oxunub: 194
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

24-05-2024, 16:39

Azərbaycanda müəllimlərin etik davranış qaydaları TƏSDİQLƏNDİ

Elm və təhsil

24-06-2023, 10:35

DİM-də təlim: “Dövlət qulluqçularının etik davranış qaydaları”

Elm və təhsil

25-05-2023, 13:19

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib

Məktəblər

14-04-2023, 10:54

Sentyabrdan bütün məktəblərdə şagird davranış qaydalarının tətbiqinə başlanılacaq

Məktəblər

28-12-2023, 10:33

Paytaxtın 62 məktəbində şagird davranış qaydalar tətbiq olunur

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Dün, 13:28
Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
Dün, 13:26
Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
Dün, 13:25
DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
Dün, 13:24
53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
Dün, 00:20
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • Dün, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • Dün, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • Dün, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • Dün, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • Dün, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • Dün, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • Dün, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • 30-07-2025, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • 30-07-2025, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • 30-07-2025, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • 30-07-2025, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • 30-07-2025, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə