Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Naxçıvanlı şagirdin təhsil hüququ niyə pozulur? – Naxçıvan MR Təhsil Nazirliyi aydınlıq gətirdi

Elm və təhsil / Şikayətlər

13-12-2024, 01:54

Naxçıvanlı şagirdin təhsil hüququ niyə pozulur? – Naxçıvan MR Təhsil Nazirliyi aydınlıq gətirdi


Naxçıvan MR Şərur rayonunun Mahmudkənd kəndində yaşayan Ələkbərova Duyğu Asif qızı redaksiyamıza müraciət edərək Muxtar Respublikanın Təhsil Nazirliyi tərəfindən təhsilalma hüququnun pozulduğunu bildirmişdi. Şagirdin iddiasına görə, valideynləri ilə bərabər müvəqqəti olaraq İstanbulda yaşayıb və məcburən 9-cu sinifə qədər İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbdə təhsil alıb. Təbii ki, orta təhsilni. Ailə qərarı ilə Naxçıvana qayıdan Duyğu tam təhsilini doğma kəndində davam etdirmək istəyib. Amma onun bu istəyinə hansısa səbəbdən rədd cavabı verilib.

Qeyd edək ki, təhsil hüququ vətəndaşın ən təməl hüquqlarından sayılır. Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 22–28-ci maddələrində; 1961-ci il Avropa Sosial Xartiyasında; 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda və s. kimi beynəlxalq hüquq aktlarında vətəndaşların başlıca hüququ olaraq təsbit olunan bu müstəsna imtiyaz Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Hər halda Konstitusiyanın 42-ci maddəsi belə deyir:

Naxçıvanlı şagirdin təhsil hüququ niyə pozulur? – Naxçıvan MR Təhsil Nazirliyi aydınlıq gətirdi


I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

IV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir

Göründüyü kimi, maddənin IV bəndində “istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanəti” verildiyi açıq-aşkar vurğulanır. Naxçıvan MR Təhsil Nazirliyi həqiqətən də hər hansı şagirdin təhsilini davam etdirmək hüququnu məhdudlaşdırıbsa, məntiqlə bunu onun istedadsızlığı ilə əlaqələndirib və ya əlaqələndirməli idi. Biz də şagirdin istedadlı olub-olmadığını aydınlaşdırmaq üçün orta təhsilini aldığı Hüseyn Cavid məktəbinin direktoru Şərqiyyə Məmmədovaya müraciət etdik. Məktəb direktoru şagirdinin kifayət qədər istedalı olduğunu vurğuladı və hətta Bakıda attestasiya imtahanı verərək yüksək bal topladığını bildirdi
Naxçıvanlı şagirdin təhsil hüququ niyə pozulur? – Naxçıvan MR Təhsil Nazirliyi aydınlıq gətirdi

Şərqiyyə müəllimə mövzuyla bağlı Prime TV-ə müsahibəsində də eyni fikirləri etiraf edib

Məsələni aydınlaşdırmaq üçün Naxçıvan MR Təhsil Nazirliyinə etdiyimiz şifahi müraciətimizə isə belə cavab aldıq:



“Bəzi informasiya saytlarından Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə (bundan sonra Nazirlik) Ələkbərova Duyğu Asif qızının Naxçıvan Muxtar Respublikasının Şərur rayon Mahmudkənd tam orta məktəbinə qəbul olunmaması səbəbi ilə bağlı şifahi müraciətlər daxil olmuşdur. Daxil olan müraciətlər əsasında Nazirlik tərəfindən araşdırma aparılmışdır.

Araşdırma zamanı ilkin olaraq Duyğu Ələkbərovanın müraciət etdiyi Şərur rayon Mahmudkənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən, təlim-tərbiyə işləri üzrə direktor müavini Mətanət Nağıyevanın (direktor vəzifəsi vakant olduğu üçün) izahatı alınmışdır. Mətanət Nağıyeva izahat zamanı bildirmişdir ki, məktəbə qəbul üçün daxil olan müraciət qanuni nümayəndə-valideyn tərəfindən yox, Duyğu Ələkbərova tərəfindən olmuşdur. Qanunvericiliyin tələbinə əsasən şagirdin məktəbin X sinfinə qəbulu ilə bağlı müraciət onun qanuni nümayəndəsi tərəfindən təqdim edilməli idi. Qeyd edirik ki, şagirdin özü tərəfindən müraciət edilməsi qanunaziddir.

Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən (Qaydaların 2.9-cu bəndinə uyğun olaraq) ümumtəhsil məktəbinin X sinfinə qəbul valideynin ərizəsi və ümumi orta təhsil haqqında dövlət sənədi – attestat əsasında həyata keçirilir. Bundan əlavə müraciət zamanı həmin qaydaların 3.5.1-ci bəndinə uyğun olaraq ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim etməlidir. Bu proses isə qanunvericiliyə uyğun olaraq hər tədris ilinin əvvəlində sentyabr-oktyabr aylarında (Qaydaların 2.11-ci bəndinə uyğun olaraq) həyata keçirilməlidir. Həmçinin qeyd edirik ki, məktəb rəhbərliyi tərəfindən araşdırma nəticəsində aydın olmuşdur ki, müraciət zamanı Duyğu Ələkbərova Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmamış, valideyinlərinin hər ikisi də Türkiyə Respublikasında yaşayır. Duyğu Ələkbərovanın atası 05 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı baş konsulluğuna müraciət edərək övladının, qaynı Ələkbərov Ramiz Yusif oğlunun yaşadığı fərdi yaşayış evində onun qeydiyyatına alınması barədə notarial qaydada müraciət etmişdir və həmin sənəd əsasında övladının həmin məktəbə qəbul olunmasını tələb etmişdir. Bir daha bildiririk ki, müvəqqəti qeydiyyata düşmək həmin ünvanda yaşayan şəxsin şagirdin qanuni nümayəndəsi olan valideynləri əvəzinə uşağın məktəbə qəbul edilməsi üçün müraciət etməsinə hüquqi əsas vermir.

Qeyd edirik ki, Duyğu Ələkbərova ümumiyyətlə I-IX siniflər üzrə təhsilini (icbari ümumi orta təhsil) Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin digər ümumtəhsil məktəblərində davam etdirməmiş, Türkiyə Respublikasında dövlət qeydiyyatında olmayan müəssisədə oxumuşdur. Duyğu Ələkbərova ilə Təhsil Nazirliyində görüş zamanı o bildirmişdir ki, X sinfə qədər Türkiyədə yaşamış və Bakı şəhər 193 saylı məktəbə müraciət edərək eksternat qaydada attestat almışdır. Amma Nazirliyə təqdim etdiyi attestatda eksternat qaydada təhsil alması ilə bağlı məlumat yoxdur. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həmin attestatın qanuniliyi araşdırılır.

Həmçinin qəbulda yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri Duyğu Ələkbərovanın diqqətinə çatdırılmış, onun qanunvericiliyə uyğun olaraq Mahmudkənd tam orta məktəbində təhsil ala bilməyəcəyi izah olunmuşdur. Bildirlmişdir ki, Duyğu Ələkbərova icbari ümumi orta təhsili (9- cu sinifi) bitirdikdən sonra şəhadətnamə aldığı Bakı şəhər 193 saylı məktəbin X sinifində davam etdirsəydi, qanunauyğun olaraq Naxçıvan Muxtar Respublikasında hər hansı təhsil müəssisəsinə X sinif şagirdi olaraq yerdəyişmə edə bilərdi. Bundan əlavə Duyğu Ələkbərovaya və Nazirliyə müraciət etmiş qohumlarına (dayı və bibi) izah olunmuşdur ki, 18 yaşı tamam olduğu zaman təhsil aldığı Bakı şəhəri 193 nömrəli məktəbə müraciət edərək eksternat qaydada imtahan verməklə tam orta təhsili bitirmək barədə dövlət nümunəli sənədi ala bilər”.

Göründüyü kimi, Nazirlik Duyğu Ələkbərovanı 10-cu sinifə qəbul etməmələrini əsasən bir neçə arqumentlə - Şərur rayonunda qeydiyyata düşməməsi, eksternat qaydada atestat alması və dayısının onun qanuni nümayəndəsi olmaması ilə əlaqələndirdi. Nazirliyin eksternat qaydada atestat məsələsi ilə bağlı arqumentinə aydınlıq gətirməyi Azərbaycan Elm və Təhsil nazir Emin Əmrullayevlə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbasovaya həvalə edirik. Ümidvarıq ki, onlar şagirdlərə verdikləri eksternat qaydasında “atestat hətta orta məktəblərdə belə işə yaramırsa, onda bu sənəd kimə və nə üçün lazımdır” sualına məntiqli cavab verərlər. Biz isə hələlik, Duyğu Ələkbərovanın atası Asif Ələkbərova qızının qanuni nümayəndəsinin kimliyi ilə maraqlandıq. Asif bəyin dediyinə görə, qızının qanuni nümayəndəsi hüququnu onun xalası Mətanətə və dayısı Ramizə həvalə edib. O, fikrini təsdiqləmək üçün Azərbaycanın İstanbuldakı konsolluğunda verdiyi etibarnaməni də bizə göndərdi. Etibarnamədə eynilə belə yazılır:

Bu etibarnamə ilə bizim adımızdan bütün nazirliklərdən, konsulluqlardan, səfirliklərdən, məhkəmələrdən, qurumlardan, Təhsil müəssisələrindən, ASAN xidmət mərkəzlərindən, istənilən növ arayışı almağı, övladımız 25.06.2008-ci il təvəllüdlü Ələkbərova Duyğu Asif qızını istənilən adresə qeydiyyata salmağa, bununla bağlı istənilən ərizaləri, razılıq ərizələrini imzalamağı, sənəd təhvil verib təslim almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün zəruri hərkətləri etməyə, bizi təmsil etmək hüququnu etibar edirəm”.

Naxçıvanlı şagirdin təhsil hüququ niyə pozulur? – Naxçıvan MR Təhsil Nazirliyi aydınlıq gətirdi


Ümid edirik ki, dövlətin müvafiq qurumlarının köməkliyi sayəsində Duyğu Ələkbərova ona dövlət zəmanəti ilə verilən təhsil almaq hüququna qovuşar.

Oxunub: 349
Paylaş:
Digər xəbərlər

Ali təhsil

16-08-2023, 12:25

BDU-nun Hüquq fakültəsinə tələbə qəbulu aparılır

Hadisə

20-03-2024, 15:36

Naxçıvanın Təhsil Nazirliyi şagirdin döyülməsi məsələsinə aydınlıq gətirib

Elm və təhsil

8-05-2023, 11:40

Təhsil alarkən hansı hüquqlar qorunmalıdır? - ŞƏRH+FOTO

Rəsmi

6-02-2024, 00:32

Niyə kollec tələbələrinə əsgərlikdən möhlət hüququ verilmir? - RƏSMİ

Rəsmi

6-02-2024, 00:30

Niyə kollec tələbələrinə əsgərlikdən möhlət hüququ verilmir? - RƏSMİ

Araşdırma
Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Elm və Təhsil
Bugün, 17:47
Vətənə xəyanət edən Nazir! Xalqımızı məhv etmək üçün...
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Bugün, 12:15
Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
Bugün, 12:14
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 12:12
Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
Bugün, 12:12
Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
Hadisə
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Son xəbərlər
  • Bugün, 17:47
    Vətənə xəyanət edən Nazir! Xalqımızı məhv etmək üçün...
  • Bugün, 15:39
    201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
  • Bugün, 12:15
    Ağlayan uşaqlar, narahat valideynlər: Məktəbə başlamaq asandırmı?
  • Bugün, 12:14
    Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
  • Bugün, 12:12
    Mil-Muğan RTİ-də 131 müəllimi işdən kənarlaşdırılıb
  • Bugün, 12:12
    Bağça müəllimləri işə qəbul üzrə müsahibələrə cəlb olunub
  • Bugün, 12:11
    Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub
  • Bugün, 12:10
    Dövlət orqanlarına daxili müsahibə elan edilir
  • Bugün, 12:09
    Davamiyyəti az olan bağçalar bağlanıb? - SORĞU
  • Bugün, 12:08
    Müəllimlərə şad xəbər: yeni tədris ilində güzəştli kartlar VERİLƏCƏK
  • Bugün, 09:35
    AHİK-də “yenilik” şousu və reallığın acı üzü
  • Bugün, 00:24
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Dün, 20:44
    Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
  • Dün, 18:15
    Nazirlikdən valideynlərin imtahanla bağlı etirazına CAVAB
  • Dün, 11:46
    Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı
  • Dün, 11:45
    Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib
  • Dün, 11:44
    Sertifikasiya müəllimləri yoxlamağa yetmir - Praktiki biliklər...
  • Dün, 11:43
    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb
  • 11-08-2025, 16:37
    MİQ-də vakansiya seçimi başa çatıb
  • 11-08-2025, 16:36
    Rezidenturaya qəbulun nəticələri elan olunub
  • 11-08-2025, 16:35
    "Universitetlərdəki istehsalat təcrübələri önəm daşımır"
  • 11-08-2025, 16:35
    Xaricdə təqaüdlə təhsil alanların məlumatları “mygov”a inteqrasiya olunub
  • 11-08-2025, 16:34
    250-dən çox şagirdin lisey və gimnaziyaya qəbul imtahanı ləğv edildi
  • 11-08-2025, 16:33
    AzTU və ADNSU yalnız öz kolleclərinin subbakalavrlarını qəbul edəcək? - RƏSMİ
  • 10-08-2025, 13:30
    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
  • 10-08-2025, 13:29
    Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq
  • 9-08-2025, 16:48
    Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
  • 9-08-2025, 14:03
    “Gənc psixometrik” təcrübə proqramının ilk çağırışı yekunlaşıb
  • 9-08-2025, 14:03
    İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!
  • 9-08-2025, 14:02
    9 illik təhsil əsasında kolleclərə qəbul nəticələri “Abituriyent” jurnalında dərc olunub
  • 9-08-2025, 14:01
    Karnatakada təhsil sistemi yenilənir
  • 9-08-2025, 14:00
    ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər
  • 9-08-2025, 13:59
    Qarabağ Universitetində plan yerləri MƏLUM OLDU
  • 9-08-2025, 13:58
    Kurort sistemində böhran- vətəndaş sağlamlığı təhlükədə: profilaktika yox, pul qazanmaq planı…Sanatoriyalar kimlərin əlində?
  • 8-08-2025, 13:36
    Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
Daha çox
8-08-2025, 00:53
Müəllimlər Prezident İlham Əliyevə səslənir: Bu ZÜLMDÜR!!!
Dün, 20:44
Emin Əmrullayev və Eşqi Bağırov VƏTƏNƏ XƏYANƏT EDİR!!!
9-08-2025, 16:48
Emin Emrullayev və Eşqi Bağırov hansı güclərə itaət edir???
8-08-2025, 13:36
Eşqi Bağırov yenə qanunsuzluğunu ört-basdır etməyə çalışır...Müəllimlər DUR DEYİR!!!
7-08-2025, 23:42
İmişlidə qəza törədərək hadisə yerindən qaçan, yaralı körpələrə ürəyi ağrımayan Əziz Quliyev KİMDİR? - ŞOK DETALLAR - FOTO
Bugün, 15:39
201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT - TƏLƏB NƏDİR?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə