Hər il 10 mindən çox şəxs magistratura imtahanı verir. Onların arasında həm Azərbaycanda, həm də xaricdə təhsil almaq istəyənlər var. Xüsusilə də akademik fəaliyyətlə məşğul olmaq və universitetdə pedaqoq kimi çalışmaq istəyənlər.
Bəs magistratura təhsili Azərbaycanda işə qəbul üçün nə qədər önəmlidir?
tehsil.media xəbər verir ki, İnsan resursları üzrə mütəxəssis
Nüsrət Xəlilov deyib ki, iş həyatına yeni başlayan şəxslər üçün magistratura təhsili önəmlidir. Həmin şəxslərin dəyərləndirilməsi ilkin olaraq onların təhsili üzərində aparılır.
Magistr təhsili adaətən üstünlük kimi qiymətləndirilir. Xüsusi şərt olaraq magistratura təhsili tələbi qoyulmur.
İşəgötürmə zamanı xaricdə təhsilin önəmi öndan ibarətdir ki, həmin şəxslər xaricdə qazandıqları bilik və təcrübəni tətbiq edə bilsinlər.
Magistraturaya hazırlıq kursunu tədris edən
Rövşən Əliyev deyib ki, Azərbaycanda şəxsi magistr təhsilinə az əhəmiyyət verilir. O hesab edir ki, ixtisalaşma üçün magistr səviyyəsinin əhəmiyyətinin artırılması və əvvəllər olduğu kimi ikimərhələli imtahanın tətbiqi daha məqsədə uyğundur.
Rövşən Əliyev qeyd edib ki, magistraturaya qəbul olmaq üçün ixtisasın da yoxlanılması önəmli faktordur. İnformatika fənnində praktiki biliklərdən daha çox nəzəri biliklərin yoxlanılmasına üstünlük verilir.
Məntiq də orta və ali təhsil müəssisələrində tədris edilmir, ancaq imtahana salınır. Bu da son illər magistraturaya olan marağın azalmasına səbəb olub.