Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı keçirilib

Elm və təhsil

8-06-2023, 21:50

AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı keçirilib


Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin özbək şairi Məhəmməd Salihin cağatay türkcəsindən ana dilimizə tərcümə etdiyi “Şeybaninamə” poemasının təqdimatı keçirilib.

AMEA-dan "tehsil.media"a" bildirilib ki, təqdimat mərasimini giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə özbək şairi Məhəmməd Salih və onun “Şeybaninamə” məsnəvisi haqqında fikirlərini bölüşüb, Məhəmməd Şeybani xanın tarixdəki yerindən danışıb.

Bölmə sədri belə şəxsiyyətlərə həsr olunmuş əsərlərin tarixi keçmişin öyrənilməsinə təsirindən, eləcə də həmin əsərlərin ana dilimizə tərcüməsinin əhəmiyyətindən söz açıb, professor Əbülfəz Quliyevin tərcüməçilik fəaliyyətindən, bugünədək nəşr olunan əsərlərindən bəhs edib.

İsmayıl Hacıyev Azərbaycanda Atatürk Mərkəzinin xətti ilə çap olunmuş kitabı Azərbaycan-özbək ədəbi əlaqələrinin möhkəmləndirilməsinə növbəti töhfə kimi qiymətləndirib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tədbirdə “Azərbaycan-özbək ədəbi əlaqələri və professor Əbülfəz Quliyevin tərcüməsində “Şeybaninamə” məsnəvisi” mövzusunda məruzə edib.

Alim Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi, həmin əlaqələrin sonrakı inkişafı və orta əsr özbək ədəbiyyatının seçilən nümayəndələri haqqında məlumat verib. Problemin ədəbiyyatşünaslıqdakı yerindən bəhs edərək, bir sıra tədqiqatçıların mövzu ilə bağlı araşdırmalarını diqqətə çatdırıb.

Ramiz Qasımov professor Əbülfəz Quliyevin tərcüməsində anadilli oxuculara təqdim olunan əsəri əhatəli təhlil edib. Alim bildirib ki, minacat, lirik mənzumələr və tarixi hadisələrin əksini tapdığı 80 babdan ibarət “Şeybaninamə” məsnəvisi əruz vəzninin rəməl bəhrində qələmə alınıb.

Poemada təsvir olunan hadisələrin təsvirindən, onların orijinallığını qorumaq şərti ilə Azərbaycan dilinə peşəkar tərcüməsindən danışan tədqiqatçı diqqətə çatdırıb ki, kitabda məsnəvinin tərcüməsi onun transkripsiyası ilə birgə təqdim olunub. Bu isə əsərin cağatay və azərbaycandilli variantları arasında müqayisəni asanlaşdırır.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev ““Şeybaninamə”də tarix: faktlar və toponimlər” adlı məruzə edib.

Əvvəlcə poemada əksini tapan tarixi hadisələri diqqətə çatdıran alim Avropa səyyahlarının XII-XVI əsrlərə aid əsərlərində Azərbaycan dilinin işlədilmə arealı, türk xalqları arasındakı ədəbi-mədəni əlaqələr barədə qeydləri təqdimat iştirakçılarının nəzərinə çatdırıb.

Məruzəçi qeyd edib ki, əsərdə bir çox şəxs və yer adları işlədilib. Həmin adların siyahı şəklində kitaba əlavə olunması, xüsusilə tədqiqatçılar üçün böyük önəm daşıyır.

“Şeybaninamə”də qeyd olunan adlardan bir çoxunun etimologiyası haqqında müfəssəl məlumat verən Firudin Rzayev türk tayfalarının qədim tarixindən, as, xaçmataq, hürrü, asər türklərinin indiki Özbəkistan ərazisinə yayılmasından danışıb, bu bilgilərin daha geniş oxucu kütləsinə çatdırılmasında professor Əbülfəz Quliyevin xidmətlərindən söz açıb.

Sonda çıxış edən Əbülfəz Quliyev əsərlə ilk tanışlığı, onun tərcümə variantları ilə bağlı fikirlərini dinləyicilərlə bölüşüb, təqdimat mərasiminin təşkilinə və fəaliyyətinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür edib.

Oxunub: 308
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

5-05-2023, 05:43

“Şeybaninamə” poeması Azərbaycan dilinə tərcümə olunub

Elm və təhsil

24-05-2023, 20:22

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Elm və təhsil

24-05-2023, 00:09

Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans keçirilib

Mədəniyyət

18-04-2023, 10:30

“Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib - FOTO

Mədəniyyət

18-04-2023, 20:23

“Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir keçirilib

Araşdırma
Nazirliyin monitorinq Al-Veri... İndi də...
Dərsliklərin Dilini Görməyən Nazir – Həqiqət Hardadır?
Təhsili Pula Bağlayan Nazir və Müəllimləri Kiçildən Yanaşma
Müəllimlərin Haqları və Təhsil Sistemindəki Ədalətsizliklər
“Keyfiyyətli təhsil?! ” – Nazirlikdə korrupsiya kölgəsi
Sağlamlığın əvəzinə - fırıldaq: «Kurort» QSC-nin qaranlıq üzü
Elm və Təhsil
Bugün, 14:02
Əmrullayevin gizli "kitab oyunu": "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI - FOTO
Bugün, 12:26
Son Zəngin “Darıxdırıcı” Olması və Nazirlik Biabırçılığı
Bugün, 10:46
Nazirliyin monitorinq Al-Veri... İndi də...
Bugün, 10:17
“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı!
Bugün, 09:48
Dərsliklərin Dilini Görməyən Nazir – Həqiqət Hardadır?
Bugün, 09:29
Təhsili Pula Bağlayan Nazir və Müəllimləri Kiçildən Yanaşma
Hadisə
Bugün, 12:26
Son Zəngin “Darıxdırıcı” Olması və Nazirlik Biabırçılığı
Bugün, 10:46
Nazirliyin monitorinq Al-Veri... İndi də...
Bugün, 09:48
Dərsliklərin Dilini Görməyən Nazir – Həqiqət Hardadır?
Son xəbərlər
  • Bugün, 14:02
    Əmrullayevin gizli "kitab oyunu": "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI - FOTO
  • Bugün, 12:26
    Son Zəngin “Darıxdırıcı” Olması və Nazirlik Biabırçılığı
  • Bugün, 10:46
    Nazirliyin monitorinq Al-Veri... İndi də...
  • Bugün, 10:17
    “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı!
  • Bugün, 09:48
    Dərsliklərin Dilini Görməyən Nazir – Həqiqət Hardadır?
  • Bugün, 09:29
    Təhsili Pula Bağlayan Nazir və Müəllimləri Kiçildən Yanaşma
  • Dün, 15:39
    Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
  • Dün, 13:26
    Nə üçün azyaşlılara, yeniyetmələrə, məktəblilərə və gənclərə tez-tez antinarkotik təlimləri keçirəm?
  • Dün, 12:54
    Gizli yaralar. Şagirdlər arasında zorakılıq!
  • Dün, 11:13
    Müəllimlərin Haqları və Təhsil Sistemindəki Ədalətsizliklər
  • Dün, 08:38
    “Keyfiyyətli təhsil?! ” – Nazirlikdə korrupsiya kölgəsi
  • 21-09-2025, 12:58
    "Formula 1"in təşkilində 2 min könüllü iştirak edir
  • 21-09-2025, 12:58
    Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirilir
  • 21-09-2025, 12:57
    Bu gün Beynəlxalq Sülh günüdür
  • 20-09-2025, 22:49
    Sağlamlığın əvəzinə - fırıldaq: «Kurort» QSC-nin qaranlıq üzü
  • 20-09-2025, 13:52
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • 20-09-2025, 13:51
    Müəllimlərin yaşı yox, bacarığı və innovasiya potensialı ÖNƏMLİDİR
  • 20-09-2025, 13:50
    Məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb
  • 20-09-2025, 13:49
    Yeniyetmə oğlan iki nəfəri bıçaqladı
  • 19-09-2025, 12:42
    Buraxılış imtahanlarının proqramı ÇIXDI
  • 19-09-2025, 12:42
    Azərbaycanda neçə ibtidai sinif müəllimi 50 yaşdan yuxarıdır? - SORĞU
  • 19-09-2025, 12:41
    AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir
  • 19-09-2025, 12:40
    Gələcəyin zövqlü və yaradıcı fərdləri məktəbdə yetişir
  • 19-09-2025, 12:40
    Valideynlərini itirmiş uşaqlar birdəfəlik müavinət alacaqlar
  • 19-09-2025, 12:39
    Elektron jurnal qiymətlərin dəyişdirilməsinin qarşısını ALACAQ
  • 19-09-2025, 08:46
    İnformatika kimyanın yerini tutur: I qrupda maraq DƏYİŞDİ
  • 19-09-2025, 08:45
    Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
  • 19-09-2025, 08:44
    Nitqi gecikən uşaqlarda ilk addım: həkim, yoxsa psixoloq?
  • 19-09-2025, 08:43
    Siniflərdə “ağıllı texnologiya” dövrü başlayır
  • 19-09-2025, 08:43
    İlin sonuna qədər vakant yerlərə direktor təyinatları olacaq
  • 19-09-2025, 08:42
    Daha bir direktorun səs yazısı yayıldı: “Pul almışam, yaxşı eləmişəm”
  • 18-09-2025, 09:38
    Müəllimlərin sertifikatlaşdırma müsahibəsinin tarix və məkanı AÇIQLANIB Sertifikasiya 17 Sentyabr 2025, 20:32
  • 18-09-2025, 09:37
    Elmə yenilik gətirməyən yüzlərlə magistr işi yazılır
  • 18-09-2025, 09:37
    Bu gün Milli Musiqi Günüdür
  • 18-09-2025, 09:36
    MİQ və sertifikasiyadan ən çox kollec məzunları UĞURSUZ olur
Daha çox
16-09-2025, 15:47
Qərəzli xəbərlərlə bağlı rəsmi açıqlama
Dün, 15:39
Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
20-09-2025, 22:49
Sağlamlığın əvəzinə - fırıldaq: «Kurort» QSC-nin qaranlıq üzü
Dün, 08:38
“Keyfiyyətli təhsil?! ” – Nazirlikdə korrupsiya kölgəsi
Dün, 11:13
Müəllimlərin Haqları və Təhsil Sistemindəki Ədalətsizliklər
17-09-2025, 10:03
Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar...
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə