Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

DİM sədri dövlət qulluqçularını təbrik edib - MƏTN

Gündəm

23-06-2023, 13:59

DİM sədri dövlət qulluqçularını təbrik edib - MƏTN


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib.

tehsil.media xəbər verir ki, təbrik mətnində deyilir:

"Məşhur alman filosofu Fridrix Nitsşe demişdir: “Böyük şeylərin öhdəsindən gəlmək çətindir, lakin böyük şeylərin öhdəsindən gəlməyə rəhbərlik etmək daha çətindir”. Bu daha çətin vəzifənin öhdəsindən layiqincə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğunun banisidir. Ümummilli Liderin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən onun rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində və Ulu Öndərin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində atdığı silsilə addımlar sayəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu başda olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul olundu. Bununla da ilk dəfə “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları meydana çıxdı, eləcə də dövlət qulluğu sahəsində münasibətlər hüquq normaları ilə tənzimləndi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmiş, bununla da respublikamızda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilmiş, daha mükəmməl və işlək hüquqi akta çevrilmişdir. Eyni zamanda, uğurlu dövlət qulluğu islahatları Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin formalaşmasına gətirib çıxarmışdır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodiki təminatını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır. 18 nəfər üzvü olan Şuranın 6 üzvü Prezident, 6 üzvü Milli Məclisin sədri, 6 üzvü isə Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.

Həmin ərəfələrdə Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqram olan TACIS proqramı çərçivəsində Azərbaycanda dövlət qulluğu sahəsində bir sıra yeniliklərin əsası qoyulmuşdur. Yeniliklərə nümunə olaraq, Dövlət Qulluqçularının Reyestrinin əsasının qoyulmasını, dövlət orqanlarında kadrlarla bilavasitə məşğul olan struktur bölmə rəhbərlərinin şəbəkəsinin yaradılmasını, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun implementasiyasına başlanılmasını, eləcə də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinin sürətlənməsini göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının dövlət qulluğu sahəsində siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Dövlət qulluğuna qəbulun şəffaf və obyektiv şəkildə keçirilməsi vətəndaşların konstitusion hüquqlarının təmin edilməsinə (Maddə 55: Dövlətin idarə olunmasında iştirak etmək hüququ) şərait yaratmışdır. Bununla yanaşı, dövlət qulluqçularının həm etik davranış qaydaları, həm də onların xidməti fəaliyyətlərinin qiymətləndirilməsi qaydaları müəyyənləşdirilmiş, qanunvericiliyə edilmiş ən son dəyişikliklərlə dövlət orqanlarında etik müvəkkil vəzifəsi təsis olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu və uzaqgörən dövlət qulluğu siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan dövlət idarəçiliyinin beynəlxalq miqyasda nüfuzu daha da artmışdır. Belə ki, müxtəlif dövrlərdə Monteneqro, Ukrayna, Türkiyə, Qırğızıstan kimi ölkələrlə ikitərəfli müqavilələr imzalanmış, BMT-nin İnkişaf Proqramı, Astana Regional Xabı, SIGMA, Avropa İttifaqı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) kimi təşkilat və proqramlarla birgə dövlət qulluğu sahəsində müxtəlif təlimlər, seminarlar keçirilmiş və digər məsələlərlə əlaqədar əməkdaşlıq qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılmışdır. Dövlət qulluğu üçün kadrların seçilməsi, eləcə də dövlət orqanları üçün imtahanların təşkil edilməsi Mərkəzin səlahiyyətlərinə aid edilmişdir. Mərkəz öz Nizamnaməsinə uyğun olaraq, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir, bu barədə hesabatlar hazırlayır və dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barəsində maarifləndirmə işi aparır.

Ümummilli Lliderin dövlət qulluğu sahəsində apardığı ardıcıl uğurlu siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq edilmişdir. Strategiyanın əsas inkişaf istiqamətlərinə nümunə olaraq dövlət qulluğunda kadr siyasətinin inkişafını, dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqini, dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılmasını və s. göstərmək olar. Strategiyanın əsas inkişaf istiqamətlərinə və hədəflərinə uyğun olaraq Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanmışdır, hal‑hazırda onun təkmilləşdirilməsi prosesi gedir. Bununla yanaşı, Strategiyanın istiqamətinə müvafiq olaraq dövlət qulluğunda səriştə modelinin layihəsi hazırlanmışdır. Hazırda layihə modelin tətbiqi üçün beynəlxalq təcrübənin öyrənilməsi və ümumi gedişatın müəyyən olunması mərhələsindədir.

Bu gün gənc, müstəqil Azərbaycan Respublikası dünyanın önəmli iqtisadi və siyasi güclərindən biridir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu dövlətçilik siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla, inamla və qətiyyətlə davam etdirilir. Prezidentin “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 25 may 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, hər il iyunun 23-nün Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Bu günün peşə bayramı kimi qeyd edilməsində əsas məqsəd cəmiyyətə ictimai xidmətin dəyərini və əhəmiyyətini nümayiş etdirmək, dövlət qulluğunun ölkənin inkişafı prosesinə verdiyi töhfəni vurğulamaq, ictimai xidmətlərdə şəffaflığı, səmərəliliyi, innovasiyaları və mükəmməlliyi təşviq etmək, dövlət qulluqçularının əməyini qiymətləndirmək və motivasiya etmək, həmçinin gəncləri dövlət sektorunda karyera qurmağa həvəsləndirməkdir.

Fürsətdən istifadə edərək, 23 İyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını, o cümlədən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunan dövlət qulluqçularını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, mühüm və şərəfli missiyalarının, dövlətin qarşıya qoyduğu strateji vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram".

TƏHSİL MEDİA

Oxunub: 247
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

12-05-2023, 20:25

DİM sədri Ombudsman Səbinə Əliyeva ilə görüşüb - FOTO

Gündəm

23-06-2023, 10:00

Bu gün dövlət qulluqçularının peşə bayramıdır

Gündəm

29-05-2023, 10:46

AMEA və AYB rəhbərliyi Ərdoğanı təbrik edib

Ali təhsil

22-06-2023, 10:16

Xaricdə təhsil alanlar niyə ANA dilində imtahan verə bilmir?

Məktəblər

10-06-2023, 21:34

DİM sədri şagirdlərlə görüşüb - FOTO

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Dün, 13:28
Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
Dün, 13:26
Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
Dün, 13:25
DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
Dün, 13:24
53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
Dün, 00:20
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • Dün, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • Dün, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • Dün, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • Dün, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • Dün, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • Dün, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • Dün, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • 30-07-2025, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • 30-07-2025, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • 30-07-2025, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • 30-07-2025, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • 30-07-2025, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə