Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Mingəçevir şəhər 4 nömrəli məktəbi öz "ailə biznesi"nə çevirən Azər Qazıyev haqda ŞOK İDDİA: Direktor təhsil ocağını necə TALAYIR? - VİDEO

Məktəblər

10-11-2023, 17:23

Mingəçevir şəhər 4 nömrəli məktəbi öz "ailə biznesi"nə çevirən Azər Qazıyev haqda ŞOK İDDİA: Direktor təhsil ocağını necə TALAYIR? - VİDEO


Vaxtilə Ulu Öndər Heydər Əliyev, "Mən dünyada müəllimdən yüksək ad tanımıram", yaxud "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" fikirləri ilə bu müqəddəs peşəyə olan münasibətini ortaya qoyub. Elə Prezident İlham Əliyev də şərəfli peşə sahiblərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşaraq onların problemləri ilə şəxsən maraqlanıb. Lakin təəssüflər olsun ki, hələ də müəllim adına xələl gətirən, bu şərəfli peşəni nüfuzdan salan, gənc nəslə mənfi örnək olan şəxslərə də rast gəlirik. Xüsusən də, özünü məmur kimi hiss edən, "kreslo"nun verdiyi zövqdən "başını itirən" bəzi məktəb direktorları sözün həqiqi mənasında "Burada mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə hərəkət edirlər. Özlərini məktəbin sahibi kimi aparan direktorların rüşvət və korrupsiya əməllərindən, özbaşınalıqlarından isə həm pedaqoji kollektiv, həm də şagirdlər əziyyət çəkirlər.

Korrupsiyanın və direktor özbaşınalığının tüğyan etdiyi təhsil ocaqlarından biri də Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbidir. Daha dəqiq desək, məktəbin direktoru Azər Qazıyevin özbaşınalıqları elə həddə çatıb ki, artıq müəllimlər onun əməllərindən ölkə başçısına və Baş Prokurorluğa müraciət etmək məcburiyyətində qalıblar.

"tehsil.media"a bu barədə məktəbin Coğrafiya müəlliməsi Rahimova Həbibə Yoldaş qızı məlumat verib. Şikayətçi müəllimin iddiasına görə, 23 ildir işlədiyi müddətdə təhsil ocağında lazımı qədər özbaşınalıq və rüşvətxorluq hallarına rast gəlib: "Bu şəraiti direktor Qazıyev Azər Arif oğlu yaradır. Onun etdiyi özbaşınalıqlar və korrupsiya halları haqqında 161 qaynar xəttinə və Baş Prokuror Kamran Əliyevə elektron şəkildə məktub ünvanlamışam. Həmin məktubun əsasında Mingəçevir şəhər Prokurorluğuna işin araşdırılması ilə bağlı göstəriş verilib. Azər Qazıyev bu məsələni bildikdən sonra mənə psixoloji təsir göstərməyə çalışır. Yəni digər müəllimləri mənim üzərimə salmaq və məni qorxutmaq məqsədi güdür. Ərizəmi geri götürməyimlə bağlı təsir göstərir. Lakin mən məktəbdəki özbaşınalıqlardan cana doyduğum üçün heç bir güzəştə getmək fikrində deyiləm. İş yoldaşlarım direktor Azər Qazıyevin 62 yaşı olduğunu bildirirlər və güzəştə getməyimi xahiş edirlər. Odur ki, hazırda mən çıxdığım bu yolda təkəm. Heç bir müəllim mənim arxamda dayanmır. Çünki Azər Qazıyev iclas keçirərək bütün müəllimləri hədələyir, onları polisdə süründürəcəyini deyir. Heç bir qadın polis orqanlarına düşmək istəmədiyindən direktorun özbaşınalığına göz yumur. Direktor məndən guya ona şər atmağımla bağlı Prokurorluğa şikayət ərizəsi də verib".

Şikayətçinin iddiasına görə, direktor müəllimlərdən 50 manat rüşvət alaraq dərs saatını pulla satır: "Yəni müəllim dərs yükünü almaq üçün əvvəlcədən ödəniş etməlidir. Hər ay maaşımızdan müəllimin dərs yükündən asılı olaraq fond pulu adı ilə vəsait mənimsəyir. Bu fond pulu 25-40 manat arasında dəyişir. Direktor ildə iki dəfə qəzet pulu adı altında bizdən 50-60 manat vəsait tələb edib. Bəzən tanımadığımız və üzünü görmədiyimiz "komissiya"nı "yola salmaq" üçün bizdən 50-60 manat pul istəyir. Mən daim direktor müavinləri və ya Azər Qazıyevlə bununla bağlı mübahisələr edirəm. Amma direktor pul verməyən müəllimlərlə kobud davranır və bizə düşmən münasibəti sərgiləyir. Bundan başqa 9,10, 11-ci siniflər pul müqabilində məktəbə gəlmirlər. Yəni 3 gün dərsə gəlməyən 300, 5 gün dərsə gəlməyən isə direktora 500 manat pul verir. Mənim şikayətimdən sonra Azər Qazıyev valideynləri yığaraq pulları geri qaytarıb və şagirdlərin məktəbə gəlməsini tələb edib".

Həbibə Rəhimova şikayətində direktor Azər Qazıyevin digər qanunsuz əməlləri haqda da fikirlər səsləndirib. O, Qazıyevin məktəbi "ailə məskəni"nə necə çevirdiyini açıqlayıb: "Azər Qazıyevin həyat yoldaşı məktəbdə baş kitabxanaçı işləyir. Baldızı qızı isə təhsil ocağının katibəsidir. Qardaşı və digər qohumları da bizim məktəbdə işçidirlər. Onun qardaşı məktəbdə işçi olsa da, üzünü heç zaman görməmişik. Direktorun rüşvətxor əməllərini video və səs yazısı vasitəsi ilə sübuta yetirərək Mingəçevir Prokurorluğuna təqdim etmişəm. Amma işin araşdırılması məni qane etmir. Çünki hazırda Azər Qazıyev məni şər atmaq ittihamı ilə məhkəməyə verib. Həmçinin bu ittihamla Prokurorluğa da şikayət ünvanlayıb. Bütün bu qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə, Aran Regional Təhsil İdarəsinə müraciətlər etmişəm. Amma şikayətimə baxan yoxdur. Verilən cavablarda mənə iddialarımın əsassız olduğunu bildirirlər. Azər Qazıyev isə bildirir ki, yoxlama üçün məkətəbə gələn komissiyanı rüşvət verərək yola salır. Ona görə də, heç kimdən qorxusu yoxdur.

Çıxışının sonunda Mingəçevir Şəhər 4 nömrəli məktəbin Coğrafiya müəllimi Həbibə Rəhimova Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edib: "Təhsil ocağı bazar deyil. Biz bu cür rüşvət halları ilə mübarizə apara bilməsək gələcək üçün vətənsevər və vicdanlı şəxslər yetişdirə bilmərik. Odur ki, Azər Qazıyevin qanunsuz əməlləri və özbaşınalıqları ilə bağlı düzgün araşdırılma aparılmasına və onun layiqli cəza almasına göstəriş verməyinizi xahiş edirəm. Azər Qazıyevin Azərbaycan təhsilinə vurduğu ziyanın qarşısının alınacağına inanıram"!

P.S.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!



TƏHSİL MEDİA

Oxunub: 1 935
Paylaş:
Digər xəbərlər

Şikayətlər

25-10-2023, 11:57

Yeddi şəhid verən Göytəpə məktəbinin ACINACAQLI VƏZİYYƏTİ: Bu cür daxmada təhsil almaqla sağlam gələcək yetişdirmək olar? - VİDEO

Məktəblər

27-04-2023, 16:12

"Sən elə bir zirvəsən" adlı respublika ifa müsabiqəsi KEÇİRİLİB - FOTOLAR

Gündəm

14-06-2023, 14:54

Təlim-tərbiyədən bixəbər Tolik təhsil işçilərinə irad tutur - VİDEO

Gündəm

1-11-2023, 15:04

Yeni istifadəyə verilmiş Sumqayıt şəhər stadionundan möthəşəm görüntü - VİDEO

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Dün, 13:28
Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
Dün, 13:26
Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
Dün, 13:25
DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
Dün, 13:24
53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
Dün, 00:20
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • Dün, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • Dün, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • Dün, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • Dün, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • Dün, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • Dün, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • Dün, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • 30-07-2025, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • 30-07-2025, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • 30-07-2025, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • 30-07-2025, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • 30-07-2025, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə