Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məktəbdə tibbi xidmət problemləri

Köşə

21-02-2024, 10:09

Məktəbdə tibbi xidmət problemləri


Məktəblərdəki tibbi xidmətlərdə problemlər var. Hətta demək olar ki, çox məktəbdə tibbi xidmət üçan ayrılmış həkim otağı, tibb bacısı və ya dərman preparatları yoxdur. Hələ də son zaman baş verən pandemiya, epidemiya hadisələri bir daha sübut edir ki, şagirdlərin sağlıq məsələrlərinə daha diqqətli yanaşmaq lazımdır. Bu məsələ təkrar gündəmə gəlməli və bütün məktəblərdə lazımi tədbirlər görülməlidir.

Sizlər üçün Məktəbdə tibbi xidmət qaydalarını yerləşdiririk. Buyurun, tanış olun.



1. Ümumi müddəalar

1.1. Məktəbin tibb bacısı (qardaşı), orta ixtisas təhsilli, tibb mütəxəssisləri tərəfindən, ərazidə yerləşən tibb müəssisəsi tərəfindən təyin edilir və həmin tibb müəssisəsinin ştatlı işçisi sayılır;

1.2. Məktəbin tibb bacısı (qardaşı) ərazidə yerləşən tibb müəssisəsinin baş həkimi, məktəb direktoru ilə razılaşdırılmış qaydada təyin edir, vəzifədən azad edir;

1.3. Məktəbin tibb bacısı öz fəaliyyətini mövcud qanunvericiliyə, məktəb nizamnaməsinə uyğun olaraq məktəb direktorunun və məktəbin həkiminin rəhbərliyi altında həyata keçirir;

1.4. Məktəbin tibb bacısı öz fəaliyyətini qurarkən:

 AR Konstitutsiyasına

 AR Səhiyyə orqanlarında qulluqda olan dövlət qulluqçularının etik davranış qaydalarına;

 Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid – İxtisas Sorğu Kitabçasına (81 – ci hissə)

 Məktəb Nizamnaməsinə

 Onunla bağlanmış əmək müqaviləsinə

 Vəzifə səlahiyyətləri çərçivəsində məktəb direktoru və məktəb həkiminin tapşırıq və göstərişlərinə

 Bu təlimata

 Tibb bacısının nəzəri və praktik biliklərinə

 Tibbi ləvazimatları istifadə edərkən əməyin mühafizəsi qaydalarına

 Peşəkar ünsiyyət qaydalarına

 Məktəbli gigiyenasına

 Şagirdlərin yaş fiziologiyasına və psixologiyasına

 Məktəbdaxili intizam qaydalarına

 Müəssisənin sanitar – gigiyenik qaydalarına

 Yanğından mühafizə qaydalarına .

 Texniki təhlükəsizlik qaydalarına əsasən

2. Tibb bacısının əmək funksiyasına daxildir:

2.1. Tibbi xidmət təşkil etmək, şagirdlərə, müəllimlərə və digər məktəb işçilərinə. İlkin tibbi yardım göstərmək;

2.2. Məktəbin sanitar – gigiyenik vəziyyətini yoxlamaq və nəzarət etmək, məktəb bufetində olan qidaların şagirdlərin sağlamlığına ziyanlı olub – olmamasına, içməli su qovşağının təmizliyinə nəzarət etmək;

2.3. Şagirdlərin və məktəb işçilərinin sağlam həyat tərzini qorumaq, təşkil etmək, maarifləndirici tədbirlər hazırlayaraq həyata keçirtmək;

3. Məktəbin tibb bacısının (qardaşının) vəzifə səlahiyyətləri:

3.1. Məktəbdə qənaətbəxş sanitar – gigiyenik rejimin yaranmasını, şagirdlərin sağlamlığını müəllim və digər məktəb işçilərinin sağlam əmək şəraitini təmin edir;

3.2. Xəstələnmiş və ya hər hansı bədbəxt hadisədə zədə almış şəxslərə ilkin tibbi yardım göstərir, yaxınlıqdakı tibb müəssisəsinə göndərir və ya təcili tibbi yardım xidmətini çağırır;

3.3. Məktəb binasının və ərazisinin sanitar vəziyyətiniə nəzarət edir;

3.4. Şagirdlərin tibb müayinəsini təşkil edir, ayrı –ayrı sahələr üzrə həkimlərin iştirakı ilə şagirdlərin müayinəsində iştirak edir. Sinif rəhbərlərinə, məktəb rəhbərliyinə keçirilmiş müayinələrlə bağlı məlumat verir;

3.5. Şagirdlərin, pedaqoji, tədris – köməkçi və texniki heyyətin hərhansı bir üzvünün, sağlamlığı ilə yaranmış problemlə bağlı, baş vermiş bədbəxt hadisə zamanı xəsarəet alan şəxslərlə, görülmüş tədbirlərlə bağlı dərhal məktəb həkiminə, məktəb rəhbərliyinə məlumat verir;

3.6. Məktəb üzrə xəstələnmiş bütün şəxslərlə bağlı qeydiyyat aparır, infeksion xəstəliklərə yoluxmuş şagirdlərin və işçilərin qeydiyyatını aparır, lazım gələrsə onları məktəbdən, tədris prosesindən müvəqqəti uzaqlaşdıraraq, infeksionun yayılmasının qarşısını alır. Ehtiyac yaranarsa məktəb həkimi ilə birlikdə siniflərdə karantin elan edir və karantinin əməl edilməsinə nəzarət edir;

3.7. İnfeksion xəstəliklərə yolukmuş hər bir şagird haqqında xüsusi qeydlər aparır. Bununla bağlı, məktəb həkiminə, ərazidə yerləşən poliklinikaya, məktəb direktoruna məlumat verir;

3.8. Ttəqvim üzrə profilaktik müayinələrin və peyvəndlərin aparılmasının vaxtını məktəb həkimi ilə dəqiqləşdirir;

3.9. Tətillərdən sonra şagirdlərin tibbi müayinəsini təşkil edir;

3.10. Hər hansı bir səbəbdən uzunmüddət dərsə gəlməyən şagirdlərin, məktəbə gələrkən müayinəsini təşkil edir;

3.11. Bu və ya digər səbəblərdən alınmış zədələrin statistikasını hazırlayır, qeydiyyat aparır;

3.12. Şagirdlərdə aşkar edilmiş xəstəliklərlə bağlı onların vaıideynlərinə (valideynləri əvəz edən şəxslərə) məlumatlar verir;

3.13. Yay tətili dövrü üçün şagirdlərin tibbi kartlarını hazırlayır, tədris ili boyunca tibbi kartlarda lazımi qeydiyyatlar aparır;

3.14. Şagirdlərin şəxsi gigiyenik vəziyyətini dövrü olaraq yoxlayır, düzgün gigiyena haqqında məlumatlar verir;

3.15. Şagirdlərin dərs məşğələləri zamanı sağlamlığına ziyan gətirmədən yüklənməsinə nəzarət edir;

3.16. Sağlamlığında problem olan şagirdlərlə bağlı fiziki tərbiyə müəllimlərinə vaxtında məlumat verir, həmin şagirdlərin fiziki tərbiyə dərslərindəki fəliyyətinə nəzarət edir;

3.17. Müəllimlərlə sinif otaqlarında partaların düzüıüşü, şagirdlərin boy və görmə qabiliyyətlərinə görə oturması ilə bağlı məsləhətləşmələr aparır;

3.18. Hər gün məktəb bufetində nəzarəti həyata keçirdir, burada olan qida məhsullarının istehlak vaxtına, məktəbin içməli su qovşağına xüsusi diqqət edir;

3.19. Tibb otağında olan tibbi ləvazimatların Saxlanmasinin sanitar – gigiyenik qaydalarına əməl edir;

3.20. Ehtiyac olan dərmanlar, sarğı və digər tibbi ləvazimatlarla bağlı ərazidə olan tibbi müəssisəyə təqdimatla müraciət edir;

3.21. Tibbi xidmətlə bağlı sənədləşməni dəqiq, səliqəli və sistemli şəkildə yerinə yetirir;

3.22. Məktəbin daxili intizam qaydalarına yanğından mühafizə əməyin mühafizəsinə və sanitar – epidomioloji rejim qaydalarına ciddi əməl edir;

3.23. Məktəb rəhbərliyi qarşısında pedaqoji, tədris – köməkçi və texniki heyyətin, şagirdlərin, məktəbə gələn nümayəndələrin və valieynlərin sağlamlığı ilə bağlı yarana biləcək hər hansı bir təhlükə ilə bağlı məsələ qaldırır;

3.24. Məktəbin tibb bacısı (qardaşı) aşağıdakı sənədləşməni yerinə yetirir:

 Peyvəndlərin aparılması ilə bağlı məlumat kitabı;

 Tibbi xidmətlə bağlı edilmiş müraciətlər kitabı;

 Fiziki tərbiyə dərslərindən azad edilmiş şagirdlərin qeydiyyat kitabı;

 Məktəbin sanitar vəziyyətinin qeydiyyat kitabı;

 Bədbəxt hadisələrin qeydiyyatı kitabı;

 Siniflər üzrə profilaktik baxış kitabı (hər sinif üzrə ayrı hazırlanır);

 Xroniki xəstə olan şagirdlərin qeydiyyatı kitabı;

 İnfeksion xəstəliklərin qeydiyyatı kitabı;

3.25. İxtisasını və biliklərini artırmaq üçün daim çalışır;

4. Məktəbin tibb bacısının hüquqları

4.1. Məktəbin sanitar vəziyyəti ilə bağlı monitorinqlər aparır, təsərrüfat işləri üzrə direktor müavininə lazımi məsləhətəlr vermək;

4.2. Məktəbin şagirdlərə, pedaqoji tədris – köməkçi və texniki heyəti sanitar – gigiyenik normaların yerinə yetirilməsi ilə bağlı vəzifə səlahiyyətləri çərçivəsində tapşırıqlar vermək;

4.3. Məktəbdə sanitar – epidemioloji rejimin pozulması ilə bağlı məktəb direktoru qarşısında məsələ qaldırmaq, vəziyyətin aradan qaldırılması, yaxşılaşdırılması ilə bağlı məsləhətlər vermək;

4.4. Öz fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məktəb direktoruna təkliflər vermək;

4.5. Özünün əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı sinif rəhbərlərindən, məktəb rəhbərlərindən məlumat almaq;

4.6. Pedaqoji Şurada və digər toplantılarda tibbi xidmətlə bağlı məsələlərin müzakirəsi zamanı iştirak etmək;

4.7. Tibb işçilərinin qanunla qadağan edilən smeinar, təlim və toplantılarında iştirak etmək;

4.8. Peşə ləyaqətini və şərərfini qorumaq;

4.9. Fəaliyyəti haqqında olan şikayətlərlə tanış olmaq, izahatlar vermək;

4.10. İxtisas dərəcəsini qaldırmaq üçün attestasiya və müsahibələrdə iştirak etmək;

5. Tibb bacısının (qardaşının) məsuliyyəti:

5.1. Məktəbin tibb bacısı, əmək funksiyasının düzgün və ya tam yerinə yetirilməməsinə, onun tərəfindən məktəb Nizamnaməsinin, daxili nizam – intizam qaydalarının pozulmasına, əmək intizamının pozulmasına, AR Əmək Məcəlləsinin, işi ilə bağlı digər qanun verici aktlarının pozulmasına görə;

5.2. Tibbi sənədləşdirmənin düzgün yerinə yetirilməməsi, fəaliyyət sahəsinə aid hesabatların və məlumatların vaxtında, düzgün hazırlanmamasına görə;

5.3. Əməyin mühafizəsi, yanğından mühafizə, sanitar – epidemioloji normaların yerinə yetirilməməsinə görə;

5.4. Hərəkətsizliyi və ya hərəkətliliyi nəticəsində dəymiş maddi və mənəvi ziyana görə AR Qanunvericiliyinə görə məsuliyyət daçıyır;



6. Tibb bacısı (qardaşı) fəaliyyəti zamanı əməkdaşlıq edir:

6.1. Həftəlik 40 saat iş rejimi ilə işləyir;

6.2. Məktəb direktoru, ərazidə yerləşən tibb müəssisəsinin baş həkimi, sinif rəhbərləri, məktəb psixoloqu, direktor müavinləri, sahə həkimi ilə həkim mütəxəssislər əməkdaşlıq edir;

6.3. Ərazidə yerləşən tibb müəssisəsinin baş həkimi və məktəb direktorundan fəaliyyəti ilə bağlı təlimatlar, tapşırıq və məsləhətlər alır;

6.4. Fəaliyyəti zamanı Pedaqoji heyyət, valideyinlərlə (onları əvəz edən şəxslərlə) sıx əməkdaşlıq edir;

6.5. Tibb otağının fəaliyyət planını hazırlayır, həyata keçirir;

Oxunub: 566
Paylaş:
Digər xəbərlər

Gündəm

24-11-2023, 19:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideyinlərə qızılca ilə bağlı müraciət etdi

Məktəblər

27-11-2023, 13:48

Məktəblərdə qızılca ilə bağlı son vəziyyət açıqlanıb

Dünya

23-08-2023, 14:19

Zəlzələdən sağ çıxan tibb fakültəsinin sevinci

Məktəblər

27-11-2023, 16:17

Məktəblərdə tibb işçiləri ştatı: “Adları var, özləri yox...”

Gündəm

30-11-2023, 12:30

Bakıda şagird qızılcadan vəfat etdi

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Bugün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Bugün, 13:28
Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
Bugün, 13:26
Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
Bugün, 13:25
DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
Bugün, 13:24
53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
Bugün, 00:20
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • Bugün, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • Bugün, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • Bugün, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • Bugün, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • Bugün, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • Bugün, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • Bugün, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • Dün, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • Dün, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • Dün, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • Dün, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • Dün, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • Dün, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • Dün, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • 30-07-2025, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • 30-07-2025, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • 30-07-2025, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • 30-07-2025, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • 30-07-2025, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
26-07-2025, 13:48
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə