Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Konstruktiv və müsbət mühitdə keçən görüşdə hansı məsələlərin müzakirə edilməsi və nəticələrin necə olması ictimaiyyət tərəfindən böyük maraq doğurur.
Mövzu ilə bağlı "
TehsilMedia.az"a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışacaqlar: "Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə açılan atəş də buna xidmət edir. Məqsədləri vaxt qazanmaqdır ki, bu müddətdə Azərbaycana beynəlxalq təzyiq artsın, BMT və digər strukturlar Azərbaycana qarşı müzakirələrə başlasın. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla, onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq".
!["Diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır" - DETALLAR "Diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır" - DETALLAR](https://tehsilmedia.az/uploads/posts/2023-09/1695305073_img-20230921-wa0021.jpg)
Politoloqun sözlərinə görə, xarici mərkəzlər dedikdə yalnız Qərbdəki dariələri nəzərdə tutulmur: "İşin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq ediblər, mane olublar. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır".