“Lokal antiterror tədbirlərimizi başlama hədəflərimizə nail olduq. Hərbi dillə desək, qarşıya qoyulan vəzifə icra olundu - Ermənistana aid silahlı birləşmələr silahları təhvil verərək, ölkə ərazisini tərk edəcək, yerli ermənilərdən ibarət qanunsuz silahlı dəstələr buraxılacaq və tərk-silah olacaq”.
Bu fikirləri “
Tehsilmedia.az”a açıqlamasında politoloq
Anar Əliyev səsləndirib. O razılaşmanın şərtləri ilə bağlı fikirlərini bölüşüb:
1. Müstəqillik tariximizdə ilk dəfə olaraq, bütün ərazilərimiz üzərində dövlət suverenliyi təmin olunur;
2. Ölkə sərhədləri daxilində hər hansı nəzarətsiz zona, boz ərazilər ləğv edilir;
3. Separatçı rejim və nəticə etibarilə ölkə ərazisində erməni separatizmi kökündən və birdəfəlik ləğv olunur;
4. Qarabağın dinc sakinlərinin reinteqrasiya prosesi başlanılır, həm də heç bir vasitəçinin iştirakı olmadan və Azərbaycanın diqtəsi altında;
5. Qarabağda tikinti-quruculuq, eləcə də geridönüşə yaradılmasına çalışılan süni, amma, təhlükəli maneə aradan qaldırılmış olur;
6. Ermənistanla imzanacaq sülh razılaşmasına maneə (Qarabağın statusu və s.) aradan qaldırıldığı üçün real müzakirələr və imkanlar formalaşır;
7. Laçın yolu ilə bağlı əsassız iddialar, tələblər mənasını itirir;
8. Zəngəzur dəhlizinin 10 noyabr bəyanatının tələblərinə uyğun olaraq, açılması perspektivləri genişlənir;
9. Azərbaycanın iradəsinə heç bir qüvvə tərəfindən təsir edilə bilinməyəcəyi mövqeyi erməni xəstə şüuruna bir daha yeridilmiş olur;
Politoloqun sözlərinə görə, bununla da bölgənin söz və güc sahibi Azərbaycan olduğu bir daha və daha əsaslı şəkildə təsdiqlənmiş olur: “Müstəqillik tariximizin Vətən müharibəsindən sonra ən böyük və şanlı qələbəsi münasibətilə bütün Azərbaycan xalqını, Azərbaycan Ordusunu və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi təbrik edirəm. Qələbəmiz əbədi olsun”, - politoloq fikirlərini tamamlayıb.