ABŞ-ın FlexJobs şirkətinin COVID-19 epidemiyasından sonra iş şəraitinin dəyişdirilməsi ilə bağlı keçirdiyi sorğuya görə, ABŞ işçilərinin 96 faizi hibrid işin onların psixi sağlamlığı üçün faydalı olduğunu düşünür.
TehsilMedia.az bildirir ki, Forbes xəbərinə görə, onlayn iş imkanları təqdim edən “FlexJobs” adlı şirkətin mütəxəssisləri kadrların uzaqdan işləməyə yanaşmasını araşdıran sorğu keçirib.
Anketə qatılan 5 min 600 adamın yüzdə 96-sı psixi sağlamlıqlarına xeyirli olduğu səbəbiylə ofisdə işləməyə üstünlük verib.
Hibridlərdə işləmək istəyən 96 faizin 47 faizi distant işləməyə üstünlük verdiyi halda, 49 faizi həm ofisdən, həm də uzaqdan işləmək istəyib.
İştirakçıların yalnız 4 faizi yalnız ofisdə işləməyə üstünlük verib. Fərqli mühitlərdə uzaqdan işləməyin psixi sağlamlıqlarına müsbət təsir etdiyini ifadə edən iştirakçıların yüzdə 30-u uzaqdan işləmənin karyeralarına müsbət təsir etdiyini düşündüklərini bildirib.
İşçilərin işlərini harada və nə vaxt başa vurduqlarına baxaraq məhsuldarlıq səviyyələrini ölçməklə mütəxəssislər uzaqdan və hibrid işin daha səmərəli olduğu qənaətinə gəliblər.
Mütəxəssislər isə insan sağlamlığına ən böyük faydanın stress səviyyəsinin azalması olduğunu kəşf ediblər.
Sorğuda müəyyən edilib ki, gediş-gəliş arasında səyahət prosesi işçilərin 87 faizində stressə səbəb olub.
Məsumə İmran