1-8 sentyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində təşkil edilən məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2024) iştirak edən komandamız bir bürünc medal və bir həvəsləndirici mükafata layiq görülüb.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fuad Qarayev
həvəsləndirici mükafata layiq görülüb.
Məktəblilərimizi təbrik edir və onlara növbəti müsabiqələrdə daha böyük nailiyyətlər qazanmağı arzulayırıq.
Qeyd edək ki, 7 ildən çoxdur ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində əldə etdiyi ümumi medal sayını 78-ə çatdırıb.