Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.
Report isə tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham olunduğunu araşdırıb və bəlli olyub ki, məşqçi yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.
Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və T.Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.