Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbə müdiri AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev Qazaxıstan və Özbəkistanda ezamiyyətdə olub.
T.e.d. professor Qalib Əfəndiyev və Daşkənd şəhərinin İslam Kərimov adına Universitetinin və Şimkəndin Auezov adına Cənubi Qazaxıstan Universitetinin doktorantları ilə görüş keçirilib. Görüş zamanı dissertasiya üzərində işlərin müzakirəsi və universitetlərin eksperimental bazası ilə tanışlıq olub. Eləcə də hər iki universitetdə tələbə və doktorantların qarşısında mühazirə oxunmuş və bir sıra suallar cavablandırılıb.